Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

ABŞ-dan Ər-Riyada mesaj: Neft bazarını nizamla!

 

 ABŞ-ın 13 senatoru Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana məktub göndərib.

Yenixeber.org: Bu məlumatı “Blomberq” agentliyi yayıb. Məlumata görə, senatorlar vəliəhddən neft hasilatının kəskin artırmasını dayandırmasını istəyiblər.

Senatorlar həmçinin neft bazarının çökməsinin iki ölkə arasında uzunmüddətlik strateji tərəfdaşlığı parçalayacağına eyham vurublar:

“ABŞ uzun illər Səudiyyə Ərəbistanını dəstəkləyib, qarşılığında krallıq dünya neft bazarında stabilliyə zəmanət verib. Biz krallığı dünya iqtisadiyyatından konstruktiv rol oynamağa və neft-qaz sektorundakı təşvişi azaltmağa çağırırıq”.

Məktuba ancaq Respublikaçılar Partiyasının senatorlarının imza atdığı bildirilib.

Qeyd edək ki, OPEK+ çərçivəsində Rusiya ilə razılaşma əldə edə bilmədikdən sonra Səudiyyə Ərəbistanı neft hasilatını artırmağa başlayıb. Nəticədə dünya birjalarında neftin qiyməti kəskin şəkildə ucuzlaşıb. Bu isə maya dəyəri yüksək olan ABŞ-ın slans neftinin bazardan sıxışdırılması ilə müşayət olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam