Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

“QƏRB MƏTBUATI TÜRKİYƏYƏ QARŞI ƏXLAQSIZLIQ EDİR” -“Ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparılır”

 

 Koronavirus Çinin Vuhan şəhərində ilk dəfə ortaya çıxdıqdan sonra dünyanın 118 ölkəsinə yayılıb. Virus Çindən sonra daha çox İran, İtaliya və Cənubi Koreyada yayılıb. Türkiyədə isə yalnız iki nəfərdə aşkarlanıb. Virusun yayıldığı ölkələrin ard-arda qorunmaq üçün tədbirlər görməsi fonunda, prezident Donald Tramp da koronavirusun ölkəsinə təsirlərinin ardından ABŞ-dan Avropaya səyahəti qadağan etdi. Ancaq Qərb mətbuatı Avropaya səyahətə gətirilən qadağa ilə əlaqədar xəbərlərində Türkiyəyə aid fotoşəkillərdən istifadə edir.

Yenixeber.org: Türkiyənin Azərbaycandakı səfirliyinin Mətbuat Müşaviri Hüseyin Altınalan Qərb mətbuatının bu əməllərini əxlaqsızlıq hesab edir:

“Bu, əxlaqsızdır. Halbuki Türkiyə koronavirusa qarşı ən güclü tədbir görən ölkədir. Türkiyədə yalnız iki yoluxma faktı qeydə alınıb və o xəstələrin ümumi vəziyyəti yaxşıdır. Ancaq, buna baxmayaraq qlobal medianın Türkiyəyə aid fotoşəkillərdən istifadə etməsi ölkəmizə qarşı bir çox cəbhədə mübarizə aparıldığını göstərir. Türkiyənin gün keçdikcə daha da böyüməsini həzm edə bilməyən qlobal güclər bir daha heç bir əxlaq normasını tanımadıqlarını göstərirlər. Qlobal media 3-5 koronavirusa yoluxma faktı olsa, az qala Türkiyəni Çin ilə bir tutacaq. Bu yanaşma əxlaq normalarına tamamilə ziddir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam