Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

VLADİMİR PUTİNİN 2024 SSENARİLƏRİ: rusiyalı politoloqun proqnozları doğrulur

 

Yenixeber.org: Dünən Rusiya prezidenti bir sıra Konstitusiya dəyişikliklərinin anonsunu verdi. Dəyişikliklər ölkənin idarəçiliyində səlahiyyət bölgüsündə əksini tapacaq. “Təsnim” İnformasiya Agentliyi (İran) hələ ötən il (11 iyul 2018-ci il) bununla bağlı təhlil məqaləsində rusiyalı politoloq Kirill Roqovun gümanları hazırda doğruluğunu isbatlayır. Məqaləni təkrar diqqətinizə çatdırırıq.

 

Böyük Pyot, II Yekaterina, İosif Stalin və… tarixən Rusiyada hakimiyyət Moskvadakı güclü adamla təcəssüm olunub. Yəni Rusiyada iqtidar ictimai-siyasi quruluşa deyil, bu strukturun fövqündə duran fərdlərə əsaslanır.

Rusiya Federasiyasının hazırkı rəhbəri Vladimir Putin harizmatik lider səciyyəsinə malikdir. Rus cəmiyyətində Putinin rəhbərlik formasına etimad onun şəxsi keyfiyyətləri və rusların böyük əksəriyyəti üçün cəlbedici olan fərdi qabiliyyətləri ilə ölçülür.

Putin rus insanına Qorbaçov və Yeltsinin “qara günləri”ndən çox fərqli bir perspektiv verib və indi Rusiya yenidən beynəlxalq səhnədə böhranlara müdaxilə edir, Təhlükəsizlik Şurasında öz siyasi məqsədlərini qətiyyətlə müdafiə etməyi bacarır. Hətta sosial və mədəni sahədə də Putin Rusiyası əvvəlki Rusiya ilə müqayisə edilməz. Məsələn, son bir neçə ay ərzində Rusiyanın adı futbol üzrə Dünya çempionatı ilə əlaqədar gündəmi zəbt edib.

Putinin son illərdə əldə etdiyi uğurlar, əlbəttə, Rusiyada narahatlıq qaynağı ola bilər. Düşündürücü əsas suallar budur ki, Putindən sonra Rusiyanı kim idarə edə bilər? Putindən sonra ölkənin son iqtisadi və beynəlxalq inkişafının artan tendensiyasını dəstəkçisi kim olacaq?

65 yaşlı Putinin artıq iki dönəm prezident olması və prezidentlik müddətinin altı illik müddətinin sonunda 71 yaşına yetişəcəyi, şübhəsiz, nəzərə alınmalıdır. Səlahiyyətləri bitdikdən sonra yenidən prezident seçkilərində iştirak etmək istədiyi halda, o, Rusiya kimi bir ölkəni idarə etməkdə fiziki gücdən məhrum 77 yaşlı siyasətçi olacaq. Buna görə də, Putinin hazırkı prezidentliyi, böyük ehtimalla, Kremldəki mövcudluğunun son dönəmi sayıla bilər.

“NBC”yə müsahibə verən Putin deyib ki, ta 2000-ci ildən bəri özünə varis axtarır və hələ də buna müvəffəq olmayıb. Ehtimal ki, əgər kimisə xələfi kimi vurğulayarsa, bu şəxs Rusiyanın tarixində arzulanmaz bir şeyi edə bilər – hakimiyyətdəki sələfiliyin ləğvi.

Stalin Leninə müxalif idi, Brejnev Xruşşova qarşı “dövlət çevrilişi” təşkil edib, Gennadi Yanayev də Mixail Qorbaçova qarşı və nəhayət, Boris Yeltsinin vitse-prezidenti Aleksandr Rutskoy 1993-cü ildə Rusiya prezidentinin qarşı uğursuz çevriliş cəhdi törədib.

Digər tərəfdən, əgər Putin son illərdə kimisə varisi seçmək istəyirsə, onu ən yüksək siyasi səviyyəyə hazırlaşması üçün kifayət qədər vaxtı yoxdur. Bununla yanaşı, Putin Rusiyada müxalifətlə üzləşir. Qərbpərəst müxalifətin ən məşhur simalarından biri olan Aleksey Navalnı Rusiya hökumətinə qarşı başlayan etirazlara rəhbərlik edir. Navalnı kimi insanlar post-Putin dövründə mərkəzi hakimiyyətin zəifliyi fürsətindən faydalana bilərlər.

Rusiya üçün müvafiq ssenarilərdən biri 2008-ci ildə meydana gələn vəziyyətdir – prezident Vladimir Putinin baş nazir Vladimir Putin olması. O zaman Medvedev – prezident, amma Putinin yenə də əsas söz sahibi idi. 2012-ci ilin seçkilərində Putin bir daha iştirak edib və Medvedevin ikinci dəfə prezident seçilməsinə macal qoymayıb.

Ancaq belə bir ssenarinin təkrarlanması ehtimalı yoxdur. 2024-cü ildə sonra Putinin uzun prezidentlik marafonuna qoşulmasına ahıl yaşı sədd çəkəcək. Buna görə də, 2024-cü ildə belə bir ssenarinin baş vermə ehtimalı 2008-ci ildəkindən çox aşağıdır.

Bəziləri iddia edir ki, Putin Konstitusiyanı dəyişdirərək, ali icra hakimiyyəti başçılığını davam etdirə bilər, amma bu ssenari də iki səbəbə görə mümkün görünmür: artıq deyildiyi kimi, Putinin yaşına görə və mart ayında “NBC”-yə verdiyi müsahibələrdə dediyi kimi: “Konstitusiyanı heç vaxt dəyişməmişəm, xüsusilə də mənfəətim naminə və bu gün də belə bir niyyətim yoxdur”.

Moskva Karnegi Fondunun analitiki Kirill Roqov Vladimir Putinin dördüncü dəfə prezident seçilməsindən sonra bir təhlilində qeyd edir: “Bu günə qədər Putinin varis problemin düzgün bir şəkildə həll etdiyini deyə bilmərik. Əslində, Putinin bu suala aydın cavabı yoxdur. Lakin problemin həlli ilə bağlı mexanizm artıq işə salınıb. Başlıca intriqa da bundadır”.

Vladimir Putinin dördüncü prezidentlik dövrünün başlanmasından dərhal sonra, mayın 4-də Dmitri Medvedev yenidən Rusiyanın baş naziri olub. 2012-ci ildə Medvedev geri addım atmışdı. 2012-ci ildə Putin onun ikinci dəfə prezident olmasına icazə vermədikdən sonra Medvedevin, əvvəlki tandemə əsaslanaraq, Vladimir Putinin varisi olacağı xülyası dağılıb.

Bununla belə, Roqovun fikrincə, Medvedevin varislik ehtimalı hələ tam buxarlanmayıb. Üstəlik, hökumət aparatına onun adamı sayılan, baş nazir müavini Konstantin Çerniçenko rəhbərlik edir. Deməli, növbəti altı illik müddətdə Medvedev baş nazir kimi daha çox siyasi gücə sahib ola bilər.

Digər tərəfdən, Karneqi Fondu müəllifinin fikrincə, Vladimir Putin təqib edəcəyi ssenarilərin iki modelini birləşdiriləcək: varisi (Dmitri Medvedev) seçimi və partiyası (“Yedinaya Rossiya”) arasında siyasi gücün bölüşdürülməsi. Belə ki, Medvedev Putindən zəif siyasətçi hesab olunur, bu da struktur yeniliklərini asanlaşdırır. Roqovun sözlərinə görə, “birləşmiş ssenaridə prezident (Putin) varisi seçir, amma bəzi prezident səlahiyyətləri baş nazirə verilir və hakim partiya idarəçilikdə daha vacib rol oynayır”. Analitikin fikrincə, Rusiya hökuməti hakim partiyanın rəhbərlik quruluşuna daxil ola və Putin də partiyanın lideri ola bilər.

Bu ssenari halında, baş nazirin səlahiyyətlərinin artması ilə, vəzifədən azad edilməsi hüququ parlamentin ixtiyarına veriləcək və beləliklə, parlamentin səlahiyyətləri gücləndiriləcək.

Hər halda, Roqovun mülahizələri iddiadan başqa bir şey deyil. Vaxt keçdikcə və 2024-cü il yaxınlaşdıqca, Vladimir Putinin varis məsələsinin daha ciddi problem halına gələcəyini görəcəyik. Putin, Medvedev və “Yedinaya Rossiya” Partiyası ilə yanaşı, son həldə digər amillər də rol oynayacaq. Onların arasında Rusiyanın ictimai rəyi ilə bərabər, hələ də xüsusi və inkar edilməz söz sahib olan Putinin məxsusi yeri var.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam