Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Alman qoşunları bu ölkənin sərhədinə yerləşdiriləcək-MÜRACİƏT

Alman qoşunları Rusiya sərhədinə yerləşdiriləcək?

Almaniya bundestaqının "Sollar" fraksiyası Almaniya hökumətinə müraciət edib.

Yenixeber.org: "Sollar" NATO-nun aprel-may aylarında keçiriləcək "Defender Europe 2020" ("Avropanın müdafiəçisi 2020") hərbi təlimlərində Almaniyanın iştirakı zamanı Rusiya sərhədlərinə yaxın zonada alman qoşunlarını yerləşdirməməyə çağırdı.

Müraciətdə qeyd olunur ki, NATO-nun Rusiya sərhədləri zonasında, Baltikyanı dövlətlərin ərazisində 40 minlik hərbi qüvvələrin təlimlərini keçirməsi faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində Rusiyada və keçmiş SSRİ respublikalarında yaşayan insanların hissini təhqir edə bilər.

Alman sollarının NATO-nun hərbi təlimləri ilə bağlı mövqeyi ümumən Avropada Rusiya ilə qarşıdurmanın aradan qaldırılması ideyasının tərəfdarlarının getdikcə çoxalmasının göstəricisi kimi qəbul edilə bilər. Qərbi Avropanın, o cümlədən Almaniyanın, bir sıra siyasi qüvvələri Rusiya ilə münasibətlərdə qıcıqlandırıcı rol oynayan NATO-nun Rusiya sərhədlərinə yaxın bölgələrdə, ilk növbədə Baltikyanı dövlətlərdə, hərbi mövqelərinin güclənməsinə ehtiyatla yanaşmağı məsləhət görür. Hətta Avropa ilə Rusiya arasında münasibətlərin yaxşılaşdırılması zərurəti bəzi Avropa dövlət başçıları, məsələn, Fransa prezidenti Emmanuel Makron tərəfindən də dəfələrlə qeyd edilib.

Siyasi ekspertlər hesab edir ki, Avropanın Rusiyaya münasibətdə loyal mövqe sərgiləməsi Kremlin əlində müəyyən təsir rıçaqlarının olması ilə əlaqəlidir. "Xüsusilə, qaz məsələsi Avropa üçün önəmlidir. Avropa təbii qaz tələbatının, demək olar ki, üçdə birini Rusiyadan aldığı qazın hesabına ödəyir. Rusiya ilə münasibətlərin kəskinləşməsi Kremlin Avropaya qaz ixracını dayandırmasına səbəb ola bilər. Bir neçə il əvvəl Avropa üçün bununla bağlı real təhlükə yaranmışdı. O zaman aydın görünürdü ki, Avropa qaz ixracının dayandırılmasından ehtiyat edir. Bu səbəbdən də Rusiyaya münasibətdə korrekt davranış sərgilməyə çalışır", - deyə ekspertlər bildirir.

Onların fikrincə, Rusiya ilə Qərbin münasibətlərində istiləşmə baş verərsə, bunun dünyadakı proseslərə də müsbət təsiri ola bilər. "Ən azı müharibələrin qarşısını alına bilər", -deyə ekspertlər vurğulayıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam