Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

QAZAXISTANDAKI İĞTİŞAŞLARIN SƏBƏBİ MƏLUM OLUR - Yeni etnik qarşıdurma

 

Fevralın 7-də Qazaxıstanda baş verən iğtişaşlarla bağlı yeni məlumatlar yayılmaqdadır. 

Yenixeber.org: Ölkənin cənubunda baş verən hadisələrin rəsmi mənbələrin yaydığı versiyadan fərqli olduğuna dair məlumatlar var.

Xatırladaq ki, fevralın 7-də Qazaxıstanın Qırğızıstanla sərhədindəki Jambıl vilayətinin Masançi kəndində baş verən kütləvi toqquşmalar zamanı 10 nəfər ölüb, 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb. 137 nəfərin həkimə müraciət etdiyi, onlardan 37-sinin xəstəxanaya yerləşdirildiyi, 9 nəfərin reanimasiyada olduğu bildirilir.

Qazaxıstandakı rəsmi mənbələr kütləvi davanın məişət xarakteri daşıdığını və hər şeyin yerli sakinlərdən bir neçəsinin polisə müqavimət göstərməsindən başladığını bəyan etsə də, müstəqil mənbələr başqa məlumatlar verirlər. Həmin məlumatlara görə, əslində iğtişaşların səbəbi milli zəmində yaranmış qarşıdurmadır.

 

 

Belə ki, hadisələrin baş verdiyi ərazidə iki qonşu kənd – Qarakəmər və Masançi kəndləri yerləşir. Qarakəmərdə qazaxlar, Masançidə isə əsas etibarilə dunqanlar yaşayır. Elə iğtişaş da qazaxlarla dunqanlar arasında baş verib. Dunqanlar 19-cu əsrin sonlarında bu ərazilərə Çinin şimal-qərbindən köçmüş xalqdır.

Çinə qarşı üsyan edən həmin xalqın bir hissəsi Çin hakimiyyətinin təqiblərdən qorunmaq üçün Rusiya imperiyası tərəfindən indiki Qazaxıstan, Qırğızıstan və Özbəkistan ərazilərinə köçürülüb. Bu xalqın 10 milyona yaxın olan böyük hissəsi indi də Çinin şimal-qərbində yaşayır. Dunqanlar islam dininə aid olsalar da, çindilli xalqdırlar.

Sözügedən Masançi kəndinin əhalisinin 90 faizi dunqan, 10 faizi qazaxdır. Belə məlum olur ki, artıq xeyli müddətdir çin kökənli bu xalqla yerli qazaxlar arasındakı münasibətlər o qədər də yaxşı deyil. Ümumilikdə Qazaxıstanın sözügedən bölgəsində 60 minə yaxın dunqan yaşayır. Elə bir o qədəri də Qırğızıstan ərazisindədir.

Baş vermiş toqquşmalara gəlincə, müstəqil mənbələr əvvəlcə iki kənd arasında doğrudan da məişət zəminində dava düşdüyünü bildirirlər. Masançi kəndində baş verən həmin qarşıdurmada ahıl yaşlı qazax ölümcül vəziyyətdə döyülüb. Bir neçə nəfərsə yaralanıb. Hadisə yerinə gələn polis işçiləri aranı sakitləşdirmək istəyərkən, dunqanlar polisə hücum edib və hüquq-mühafizə orqanları işçilərinə ağır xəsarətlər yetiriblər. Bu vəziyyət Qarakəmərdə əhalini ayağa qaldırıb. Kənddəki qazaxlar internet vasitəsilə ölkənin digər bölgəlrinə də çağırışlar edərək, dunqanları birgə cəzalandırmağa səsləyiblər. Bundan sonra həmin kəndə kütləvi hücum baş verib ki, nəticədə çoxsaylı insan tələfatı və dağıntılar baş verib.

Ölkə hakimiyyəti isə hadisələrin milli münaqişə kimi təqdim olunmasının əleyhinədir və bu cür məlumatların yayılmasının qarşısını almağa çalışır. Lakin hökumətin hadisələrlə bağlı təqdim etdiyi rəsmi versiyaya inananların sayı çox deyil.

 

 

Qazaxıstanın Dunqan cəmiyyətinin rəhbəri Xuse Daurov isə hakimiyyəti vəziyyəti nəzarətə götürə bilməməkdə günahlandırıb. O, bildirib ki, bölgədə vəziyyət gərgin olaraq qalır və hüquq-mühafizə orqanları əhaliyə qarşı törədilən zorakılıqların qarşısını ala bilmir.

Müstəqil mənbələr də vəziyyətin gərgin olaraq qaldığını və regionun yeni etnik qarşıdurma ocağına çevrilməsi təhlükəsinin mövcud olduğunu bildirirlər.(azpolitika)

Cəlal


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam