Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qazaxıstanda polislə kütləvi toqquşma - 8 ölü, 40 yaralı -VİDEO

 

 

Qazaxıstanın Jambıl bölgəsinin Korday və Masançi kəndlərində ötən gecə saatlarında kütləvi toqquşmalar baş verib.

Yenixeber.org: İnsident nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Ölkənin Daxili işlər naziri Erlan Turqumbayev faktı təsdiqləyib: “İğtişaşlar zamanı 8 nəfər təəssüf ki, aldığı xəsarətlərdən ölüb, 40 nəfər ağır yaralanıb”.

Onun sözlərinə görə, davada Masançidən 70 nəfər, digər kəndlərdən isə 300 nəfər iştirak edib. Turqumbayev qeyd edib ki, vəzifə başında olan polislər müxtəlif dərəcəli bədən xəsarətləri, ikisi isə güllə yarası alıb.

Hazırda hadisə yerində yoxlama aparılır. İstintaq-əməliyyat qrupu yaradılıb. Nazir 47 nəfərin polis şöbəsinə gətirildiyini bildirib. Onlardan iki ov tüfəngi götürülüb. İlkin məlumatlara görə, hadisə zamanı 30-dan çox fərdi ev, 15 ticarət obyekti, 23 avtomobil yandırılıb. Dava zamanı metal əşyalardan, daşlardan, odlu silahdan istifadə edilib.

Hadisənin səbəbləri haqda məlumat verilmir. Prezident Kassım-Jomart Tokayev qarşıdurmaların başladığı bölgədə vəziyyəti həll etmək üçün komissiya yaratmağı tapşırıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam