Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hindistan Türkiyəyə qarşı sanksiya tətbiq edəcək -Müsəlmanları dəstəklədikləri üçün

 


Hindistan Türkiyəyə qarşı sanksiya tətbiq edəcək - Müsəlmanları dəstəklədikləri üçün

 “Röyters” informasiya agentliyi Hindistanın Kəşmirdə yaşayan müsəlmanlara qarşı təzyiqləri etirazla qarşıladıqları üçün Türkiyə ilə Malayziyaya qarşı sanksiyalar tətbiq eləmək niyyətində olduğu xəbərini yayıb.

Yenixeber.org: Əhalisinin əksəriyyəti müsəlman olan Malayziya və Türkiyə Hindistanın Kəşmir siyasətini daim tənqid edir.

Hindistan Türkiyədən bəzi məhsulları idxal eləməyi dayandıracağını bildirib.

Dünyanın ən böyük yemək yağı idxalatçısı olan Hindistan Malayziyadan palma yağı alışını dayandırıb. Hazırda Malayziyadan neft, alüminium külçəsi, mayeləşdirilmiş təbii qaz, kompyüter ehtiyat hissələri və s. almağı məhdudlaşdırmağı planlaşdırır.

Hökumət məmurları Hindistanın eyni zamanda Türkiyədən neft və polad məhsullarının idxalarını məhdudlaşdırmağı planlaşdırdıqlarını bildiriblər.

Hindistanı hökumətinin üzvlərinin açıqlamasında deyilir: “Hökumətimiz Malayziya və Türkiyənin bəyanatlarını xoş qarşılamadı və bu iki ölkə ilə olan ticarətini məhdudlaşdırmağı qərara aldı”.

Hindistanın Ticarət Nazirliyi “Röyters”in məsələ ilə bağlı suallarına cavab verməyib.

Malayziyanın baş naziri Mahathir Mohamad qısa müddət bundan əvvəlki çıxışında Hindistanın “Cammu və Kəşmiri zəbt elədiyini”, Türkiyə prezidenti R.T.Ərdoğan isə kəşmirlilərin “de-fakto mühasirədə” olduqlarını demişdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam