Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

İran Amerikaya necə və harada zərbə endirəcək? - “The Guardian” yazdı

 

 

 

            "Hücumlar bir neçə istiqamətdə ola bilər”

Yenixeber.org: Qasım Süleymaninin qətlindən sonra İran Amerikadan qisas alacaq. İran Ali Dini rəhbərindən tutmuş, generallarına qədər hər kəs dönə-dənə bu qətlə görə ABŞ-ın ciddi zərbə alacağını söyləyir. Bəs İran Amerikaya necə, harada, nə vaxt zərbə endirə bilər? Bu kimi suallar Amerikanın müttəfiqi olan Qərb ölkələrində də gündəmdədir. Britaniyanin “The Guardian” qəzeti də bu suallarla bağlı araşdırma aparıb. İranın həyata keçirə biləcəyi mümkün intiqam aktları barədə müəyyən mülahizələr ortaya qoyub. “After Suleimani, Iran will hit back hard – possibly on multiple fronts” (Süleymaniyə görə İran güclü əks-zərbə endirəcək-hücumlar bir neçə istiqamətdən də ola bilər) adlı yazısında müəllif Simon Tisdall yazır ki, hər şey bir anın içində nəzarətdən çıxa bilər.

Tehranın kənarındakı geniş qəbiristanlıqlar İranın 1980-88-ci illərdə İraqla apardığı müharibə zamanı verdiyi qurbanların çoxluğunu və bu müharibənin ölkə üçün önəmini xatırladır. Yüz minlərlə gənc iranlı ABŞ tərəfindən silahlanmış Səddam Hüseynin işğalçı qüvvələrinə qarşı dəhşətli müharibədə vuruşdu və öldü. Sağ qalan İran əsgərləri arasında Qasım Süleymani də vardı.

İran-İraq müharibəsi sonradan İranın hərbi, təhlükəsizlik və kəşfiyyat quruculuğunda hakim mövqeyə yüksələcək Qasım Süleymani üçün əvəzolunmaz bir təcrübə formalaşdırdı. Cənab Süleymaninin 1979-cu ildə hakimiyyəti ələ keçirən İranın inqilabi rejiminə sadiqliyi möhkəm təməllər üzərində qurulmuşdu. İpə-sapa yatmayan Amerikanın İranın yağı düşməni olması düşüncəsi onun qanına hopmuşdu.

2003-cü ildə Amerika Səddam Hüseyni devirdi. İranın regional təsirinin genişlənməsi elə o vaxtdan başladı və o, bu təsirin memarı olaraq ortaya çıxdı. Rəsmi Tehran tezliklə İraqda hökmranlıq etməyə başladı. İran tədricən Suriya, Qəzza, Livan və Yəməndə söz sahibinə çevrildi. Və bu proses həmişə ABŞ və müttəfiqlərinə qarşı müxalif mövqe sərgiləməklə həyata keçdi.


Bu baxımdan, Vaşinqtonla amansız qarşıdurma tarixi cənab Süleymaninin mirası da hesab oluna bilər. İndi o, öldürülüb və İran Donald Trampın əmri ilə baş tutmuş bu sui-qəsdə necə reaksiya verəcəyini düşünür. Vaşinqtonda bəzi təhlilçilər şok doğura biləcək proqnozlar verilər. Deyirlər ki, zəiflətmiş İran geri çəkiləcək. Bu yanaşma amerikalıların əksəriyyətinin İranı çox pis tanımasından xəbər verir.


Bu qətl hadisəsinə İran daxilində və onun şiə regional müttəfiqləri arasında müharibə aktı kimi baxılacaq və cənab Süleymaninin zorakı ölümlə cəzalandırılmış bir şəhid kimi qəbul edəcəklər. İranın ali lideri Ayətullah Əli Xameneyi və onun xarici işlər naziri Məhəmməd Cavad Zərif də artıq buna işarə edir. Sui-qəsddən rejimi dəstəkləyən mitinq üçün istifadə edəcəklər.

Buna kimsənin şübhəsi olmasın. Qasım Süleymaniyə görə İran güclü əks-zərbə endirəcək-hücumlar bir neçə istiqamətdən də ola bilər.


İraq müharibəsi dövründəki ABŞ-ın müdafiə naziri olmuş Donald Rumsfeldin dediyi kimi, Amerikanın Yaxın Şərqdəki bazaları və maraqları "asan hədəfə alınacaq” vəziyyətdədir. . İranın silahlı qüvvələri qisas almaq fikrinə düşsə ABŞ hərbi dəniz qüvvələrinin Bəhreyndə olan mərkəzi komandanlığı və ABŞ Beşinci Donanmasının yerləşdiyi hərbi baza İran üçün münasib seçim ola bilər.


Keçmiş təcrübəyə istinad etsək İranın ABŞ-a bir birbaşa hücumu mümkünsüz görünür. Ancaq Amerikanın bölgədəki müttəfiqləri hədəf seçilə bilər. Bütövlükdə Körfəz ölkələri İranın çoxsaylı seçimlər etməsinə imkan verir. Ötən payız raket və dronlardan istifadə edən Iran Səudiyyə Ərəbistanındakı neft yataqlarına od vurdu. Eyni qaydada Birləşmiş Ərəb Əmirliklərində olan neft hasil və ixrac edən mərkəzlərə zərbə vurula bilər. Körfəzin ağzındakı Hörmüz Boğazını mühasirəyə alınması da mümkündür. Bu isə beynəlxalq neft bazarında ciddi çaxnaşma deməkdir, qlobal iqtisadi iflasa səbəb ola bilər.

İsrail hökuməti və hərbi rəhbərlərinin narahatlığı üçün ciddi əsasları var. Cənab Süleymaninin sayəsində İran şiə silahlı qüvvələrini, hərbi bazaları və raket batareyalarını Suriyada-İsrail torpaqlarının bir addımlığındakı atəş nöqtələrində yerləşdirib. İranı raket hücumlarına sifariş verməkdə günahlandıran İsrailin baş naziri Benjamin Netanyahu keçən il Suriya və İraqa dəfələrlə hava hücumları təşkil etdi.

Hal-hazırda siyasi yüksəlişdə olan Tehrandakı sərt mühafizəkar məmur elitası İsrail dövlətini "Böyük Şeytanın" qanunsuz bir qolu hesab edir. İsrailin siyasi böhran içində olduğunu da İran yaxşı bilir. Prezident Trampın İsrailə göstərdiyi aşırı dəstək də bu dəfə onun ziyanına işləyə bilər.

Hərbi qisas alınmaq üçün Livandakı Hizbullah təşkilatı da ciddi iş görə bilər. Bu təşkilat İranın şiə müttəfiqi və İsrailin düşməni kimi tanınır. Hazırda Hizbullah İran istehsalı olan raketlərlə silahlanıb. 2006-cı ildə İsrail ilə qanlı müharibə başlayan Hizbullah deyildimi? Bütün bunlar yaddaşlardan silinməyib.

İran İraq üzərindən də Amerikaya qarşı qisas əməli həyata keçirə bilər. ABŞ-ın Bağdaddakı səfirliyi dekabrın sonunda İran tərəfdarı olan Katibi-Hizbullah tərfdarlarının hədəfinə çevrildi. ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarında 5 min hərbçi olan vaxtı İrana bağlı qüvvələrin dəfələrlə hücumuna məruz qalıb. Bu kimi hücumlar yenidən təkrarlana bilər.

Onu da unutmaq olmaz ki, 1983-cü ildə Livanda yerləşən ABŞ hərbi bazasına qarşı terror aktı həyata keçirildi. Əsgərlərin yatdığı baraklar partladıldı. 250 amerikalı əsgər öldürüldü. Bu terror hadisəsinə görə İrana bağlı Hizbullah təşkilatı günahkar bilindi.

İran hər hansı bir münaqişədə siyasi və diplomatik dəstək üçün Çin və Rusiyaya müraciət edəcək və ehtimal ki, o köməyi də alacaq. Tehran onsuz da Bəşər Əsəd rejiminin ayaqda dayandığı Suriyada Rusiya lideri Vladimir Putinlə sıx əməkdaşlıq edir. Bu arada, Vaşinqtonla ciddi fikir ayrılığında olan Türkiyə Suriyada İranın müttəfiqi kimi çıxış edir. Türkiyə cənub və şərq sərhədləri boyunca gərginliyin artmasını heç istəmir.

Rusiya kimi Çinin də İrana qarşı "maksimum təzyiq" sanksiya kampaniyası tətbiq edən prezident Trampa kömək etmək üçün elə bir əsası yoxdur. Hər iki ölkə prinsipcə Amerika xaricindəki hərbi müdaxilələrə qarşı çıxır. Və hər ikisi inadkarlıqla Tehranla əlaqələri qoruyub saxlayırlar. Çin ABŞ-ın embarqosuna rəğmən İranın neftini almaqda davam edir.

İranın həm diplomatik, həm də hüquqi müstəvidə Amerikaya qarşı çıxa bilər. Ancaq bu, az ehtimal olunur. Cənab Tramp xarici bir dövlət rəhbərinin-yüksək səviyyəli bir məmurunun xarici torpaqda öldürülməsinə əmr verib. Beynəlxalq hüququn və Konqresin Müharibə Gücləri Qanunu bu məsələdə istifadə oluna bilər. Və ya BMT Təhlükəsizlik Şurasında, eləcə də yerli Amerika, İran və İraq məhkəmələrində bu məsələ qaldırıla bilər.

1979-cu ildə başlayan İran-Amerika qarşıdurması prezident Tramp tərəfindən 2018-ci ildə İran nüvə razılaşmasından imtina etdikdən sonra yenidən pisləşdi. Qasım Süleymaninin qətli ilə isə ABŞ-İran qarşıdurması yeni, daha təhlükəli bir mərhələyə daxil oldu.

Hal hazırda hər kəs soruşur: İran nə edəcək? Ancaq daha önəmli sual da var: İran Amerikaya ağır zərbələr endirsə Tramp hansı addımı atacaq? Onun planında nə var?


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam