Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycan sakit durmalıdır-amerikalı analitik İran ətrafında vəziyyət barədə

Azərbaycan sakit durmalıdır- amerikalı analitik İran ətrafında vəziyyət barədə

Yenixeber.org: ABŞ administrasiyası və İran arasında uzun müddət davam edən gərginliyə baxmayaraq, İranın təhlükəsizlik sistemindəki əsas fiqura hücum ABŞ-dakı analitiklər üçün gözlənilməz oldu. Aydındır ki, Süleymaninin ölümü İranın cavab tədbirlərinə səbəb ola bilər.

Cümə günü Dövlət Departamenti bütün amerikalılara İraqı tərk etməyi əmr edib. ABŞ səfirlikləri və hərbi bazaları həssasdır, çünki Tehran “amansız” qisas alacağını vəd edir.

Ağ Ev bildirib ki,  Süleymaninin məhvi İranın gələcək hücumlarının qarşısını almaq məqsədi daşıyıb.

“Süleymani Amerika diplomatlarına və hərbçilərinə qarşı yeni hücumlar hazırlayırdı, amma biz bu planların qarşısını aldıq”, - prezident Trump cümə günü çıxışında bildirib.

Dövlət Departamentinin Qafqaz və Orta Asiya üzrə analitiki Pol Stronski Vaşinqton müxbirimizlə söhbətində deyib ki, Bağdadda səfirliyə hücum Trampın hərəkətə keçməsinə səbəb olub. Lakin bununla  ABŞ prezidenti “Yaxın Şərqdə potensial münaqişəyə qapı açdı”, - o qeyd edib.

“Süleymaninin ölümü Azərbaycana necə təsir edə bilər?” sualının cavabında P.Stronski deyib ki, Qafqaza təsir edəcək böyük destabillik gözləmir. Lakin İranın cavab zərbəsi “ABŞ-ın Qafqazdakı maraqlarına yönələ bilər”.

“Bu, Azərbaycanı və onun qonşularını narahat etməlidir. Vəziyyət region üçün iqtisadi risklərə də səbəb ola bilər”, - o deyib.

“Azərbaycan özünü sakit aparmalıdır. İranın üçüncü ölkələrdə ABŞ-ın maraqlarına və vətəndaşlarına hücum etmək praktikası var. Əgər mən Azərbaycan olsaydım, həm Tehranı, həm də Vaşinqtonu inandırmağa çalışardım ki, mənim ərazim münasibətləri aydınlaşdırmaq üçün məkan deyil”, - P.Stronski deyib.

Eyni zamanda əlavə edib ki, Fars körfəzi və bu region ölkələri qarşıdurmanın ən real sahəsi ola bilər.(turan)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam