Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

"YAP-ın namizədlər siyahısı çox maraqlı olacaq" —"...hər kəsin bizi sevdiyini iddia etmirik"

 

 

YAP funksioneri cəmiyyəti düşündürən suallara aydınlıq gətirdi: “Bir neçə günə siyahı açıqlanacaq”

 

Yenixeber.org: Hakim Yeni Azərbaycan partiyasının növbədənkənar parlament seçkiləri üçün namizəd siyahısını hələ də açıqlamaması cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Xüsusilə, dekabrın 25-də siyahının açıqlanacağı xəbəri yayılsa da, sonradan təsdiqini tapmadı.

 

Mövzu üzrə YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə ilə həmsöhbət olduq.

 

- Aydın müəllim, dünən hakim partiyanın siyahısının açıqlanacağı gözlənilirdi. Lakin nədənsə bu hadisə baş vermədi. Yayılan məlumatlara görə, dünən partiya toplantısı keçirilib, qızğın müzakirələr aparılıb. Hazırda vəziyyət nə yerdədir?

 

- Yaxın günlərdə parlamanet seçkilərinə dair partiyanın namizədlərinin siyahısı açıqlanacaq. Bununla bağlı heç bir problem yoxdur və partiyanın irəli sürdüyü namizədlərin böyük bir qismi cəmiyyətdə, müəyyən bir qismi isə partiya daxilində tanınan və gələcəklərinə ümid bəslədiyimiz insanlardır. Bu baxımdan, YAP-ın siyahısının cəmiyyətdə böyük maraq doğuracağını ümid edirik.

 

- Digər siyasi partiyalar və ictimaiyyət YAP-ın siyahısını səbrsizliklə gözləyir. Və suallar yaranır ki, hakim partiyanın namizədlər siyahısı niyə gecikir?

 

- Əslində, heç bir gecikmə yoxdur. Seçki Məcəlləsi çərçivəsində hər bir partiya öz gedişatını özü müəyyənləşdirir. YAP lazım bildiyi zamanda öz namizədlərini açıqlayacaq. O ki, qaldı ictimaiyyət və bizə rəqib olan siyasi partiyaların siyahımızı gözləməsinə, bu, onu göstərir ki, YAP bütün ölkə ictimaiyyəti arasında böyük nüfuza malikdir. YAP ümümxalq partiyasına çevrilib və partiya öz fəaliyyəti ilə böyük nüfuz qazana bilib. YAP özünü həmişə sıradan bir partiya kimi aparıb. Yəni digər partiyalara nə məqbuldursa, biz də onu özümüzə məqbul hesab etmişik. Partiyanın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı daxili və xarici siyasəti hər zaman dəstəkləmişik. Prinsip etibarilə cəmiyyət alternativ qüvvəni o vaxt axtarır ki, hakim partiyanın fəaliyyətini öz həyatında dəyişiklik kimi görə bilmir. Lakin biz hər şeyin ideal olduğunu, heç bir problem olmadığını və hər kəsin bizi sevdiyini iddia etmirik. Çünki bizimlə razılaşmayan, əks fikirdə olan, problemi olub həll edə bilməyən insanlar da var. Biz bütün bunları reallıqla qəbul edir və onların problemlərini həll etməyə çalışırıq. Buna isə də dərəcədə nail olduğumuzu seçkilər göstərir.

 

- YAP daxilində kifayət qədər nüfuzlu insanlar var. Gəncləşmə və yenilənmə təşəbbüsü ortaya çıxandan sonra (siyahının gecikməsi də bu iddiaları gücləndirir) cəmiyyətdə belə fikirlər dolaşır ki, YAP-ın oturuşmuş simaları, həmin o söz sahibi olan insanlar gəncləşmə siyasətinə qarşı çıxır və ciddi müqavimət göstərirlər. Bu fikirlər həqiqəti əks etdirir?

 

- Bu iddianın heç bir əsası yoxdur. YAP əqidə partiyasıdır. Həmin insanlar Yeni Azərbaycan Partiyasına Heydər Əliyev ideyasına hörmət edərək gəliblər. Bu gün isə həmin siyasi kursu indiki Prezidentimiz, partiyamızın sədri İlham Əliyev davam etdirir. Buna görə də, heç bir müqavimətdən söhbət gedə bilməz. Əksinə, biz gəncləşməni özümüz təbliğ edirik və bu işdə maraqlıyıq. Bu il YAP Gənclər Birliyinin konfransı keçirildi. Partiyaya çoxlu sayda istedadlı gənclər üzv seçildi. Bu gənclər gələcəkdə YAP rayon təşkilatlarının sədrləri, hökumət üzvləri, parlamentin deputatları olacaqlar. Ən azından ləyaqətli vətəndaşlardır.

 

Bu baxımdan, partiyamız parlamentdə çoxluğu olan bir partiya kimi öz məsuliyyətini dərk edib, cəmiyyətin inkişafı üçün yeni ideyalar gətirməkdə davam edir. Yeniləşmə texnologiyasını cəmiyyətə gətirməyə, dünyaya daha çox inteqarsiya olunmağa, eyni zamanda milli dəyərləmizi qorumağa çalışırıq. Partiyamız daim gənclərə diqqət edir və bütün təbəqələrlə işləyir. Təqdim edəcəyimiz siyahıda da cəmiyyətin gözləntilərinin öz əksini tapacağına heç bir şübhəmiz yoxdur.

 

- Söhbətimizin əvvəlində bildirdiniz ki, siyahıya düşəcək şəxslərin böyük əksəriyyəti cəmiyyətdə, müəyyən bir qismi isə partiya daxilində tanınmış simalardır. Buradan belə bir nəticəyə gəlmək olarmı ki, YAP-ın siyahısının böyük əksəriyyətini, yenə də əvvəlki simalar təşkil edəcək?

 

- Xeyr, elə deyil! Məgər, YAP cəmiyyətdə ancaq yaşlı üzvləri ilə tanınır? Bizim müxtəlif sahələrdə çalışan çoxlu sayda gənc üzvlərimiz var. Onların sayı parlamentdə də az deyil və bu seçkidə daha da çox olacağı gözlənilir. İkinci, üçüncü idarəetmə həlqəsində olan, zamanla televiziyalarda, mətbuatda çıxış edən, müxtəlif məsələlər üzrə maraqlı faktlar irəli sürən istedadlı nümayəndələrimiz var. Onlar YAP funksioneri kimi tanınmasalar da, cəmiyyət onları tanıyır. Ona görə də hesab edirik ki, bir tərəfdən cəmiyyətdə tanınan, digər tərəfdən isə cəmiyyətin tanımadığı, lakin partiyanın tanıdığı şəxsləri önə sürək. Bu baxımdan, bizim siyahımız çox maraqlı olacaq. Cəmiyyət bu gün üzdə olan, gənc, istedadlı, dövlət maraqlarını üstün tutan çoxsayda insan tanıyır. Amma xəbərləri yoxdur ki, onlar Yeni Azərbaycan Partiyasının üzvləridir. Lakin biz də bunu qabartmırıq. Çünki bizim üçün onların YAP üzvü olmalarından daha çox, öz vəzifələrini yüksək səviyyədə yerinə yetirmələridir.

 

- Belə bir iddialar da səslənir ki, bəzi sabiq məmurların adlarını da YAP-ın budəfəki namizədlər siyahısında görə biləcəyik. Partiyanın belə bir qərarı var?

 

- Gəlin, tələsməyək! Bir neçə günə cəmiyyət YAP-ın siyahısı ilə tanış olacaq və bütün suallara aydınlıq gətiriləcək.

 

- “Bir neçə gün” dedinizsə, deməli, bu həftə də siyahı açıqlanmayacaq...?

 

- Tələsməyək, partiyanın siyahısı zamanında açıqlanacaq.(ayna)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam