Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

YAP-ın namizəd siyahısı niyə açıqlanmır?

 

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov təmsil etdiyi partiyanın namizədlər siyahısının sentyabrın 10-da açıqlanacağını bəyan etmişdi

Bu müddətin üzərindən artıq 5 gün keçib. Lakin hələ də YAP namizədlər siyahısını açıqlamayıb.
"Xeberinfo.com":   Məlumata görə, “Azadlıq” qəzetinin yazdığı xəbərdə bildirilir ki, namizədlər siyahısı ilə bağlı hakim partiyada ciddi gərginlik yaşanır. Qeyd edilib ki, uzun illər hakimiyyətə xidmət etmiş YAP-çıların indi iddialarını ortaya qoyduğu, bir neçə dəfə deputat olanların və vəzifəli deputatların da iddialarından geri çəkilmək istəmədikləri hakim partiyanı çətin vəziyyətə salıb. Məlumatlara görə, artıq rektor-deputatlara seçim etmək tapşırılıb. Onlardan bəziləri mandatı, bəziləri isə rektor postunu seçib. Lakin bununla da problem həllini tapmayıb.
Qəzetin yaydığı xəbərdə bildirilir ki, YAP-ın namizədlər siyahısının açıqlanmamasının bir səbəbi də növbəti dəfə mandat veriləcək hökumətyönlü deputatların dairələri ilə bağlı yaranmış problemdir. Məsələ burasındadır ki, həmin deputatlar seçicilərin problemləri ilə maraqlanmayıb. Hakim partiyadakı mənbə bildirir ki, iqtidar sosial vəziyyətin ağır və narazılığın pik səviyyədə olduğu bir vaxtda onları yenidən həmin dairələrə göndərməyə ehtiyat edir. Həmin deputatların dairələrinin dəyişdirilməsi prosesi gedir. Eynilə icra başçılarının yerdəyişməsi kimi deputatların da dairələri dəyişdirilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam