Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİN VƏ TRAMPDAN AVROPAYA MİLAD HƏDİYYƏLƏRİ –Qaz müqaviləsi və sanksiya

La Tribune, 24.12.2019

 

Rusiya qaz boru kəmərləri ilə artıq Avropanın asılılığının təxminən 62% -ni əhatə etsə də, hazırkı Avropanın dilemması belədir: Yaxın bir neçə ildə qaz haradan gələcək?

Yenixeber.org: Kömür və liqnitdən imtina edən Almaniya, Polşa və Şərqi Avropa bərpa olunan enerji mənbələri kifayət etmədiyi zaman yenidən böyük bir elektrik asılılığına düşəcək.

Özümüzü iqlim lənətindən müdafiə etməliyik, ancaq yalnız təbii qaz ən az itkilərlə kömürün əvəzini təmin edə bilər. Üstəlik, Avropada onun istehsalı aşağı düşməkdədir. Beş il əvvəl təxminən 270 milyon kubmetr idisə, beş il sonra təxminən 200 milyon kubmetr olacaq.

Əksinə, təbii qaza tələbat artır. Nəticədə, Avropanın qazdan asılılığı artıq çox böyükdür – ildə 350 milyon kubmetr, kömür və liqnit generatorları qazla əvəz edildikdə bu göstərici artacaq.

Rusiya artıq Avropanın asılılığının təqribən 62% -ni öz boru kəmərləri ilə təmin edir. Nominal göstəricilərdən artıq işləyərək 2019-cu ildə 210 milyon kubmetr nəql edildikdən sonra tələbatı təmin etdilər.

2020-ci ildə “Şimal axını-1”in birinci xəttini tamamlayan “Şimal axını-2” sualtı qaz kəmərinin 55 milyon kubmetrinin hesabına işləri bir qədər asalaşacaq, bu da Almaniyaya “Bratstvo” və “Yamal-Avropa” qaz kəmərlərinin Polşa və Ukrayna transiti olmadan Rusiya qazının birbaşa çatdırılması üçün gücünü iki dəfə artıraraq 110 milyon kub metrə çatdırmağa imkan verəcək.

Bu həftə Donbasdakı münaqişə fonunda Moskva ilə Kiyevin Ukraynadan keçərək Avropaya qaz tədarükünü davam etdirmək üçün saziş imzaladıqları xəbəri, demək olar ziddiyyətli və eyni zamanda sevindirici görünür.

Bu, Putinin Kiyevin xeyrinə 2.9 milyard dollarlıq çekin müşayiəti ilə Avropaya Milad hədiyyəsidir.

Bu razılaşmaya cavab olaraq ABŞ enerji sahəsində strategiya kimi “Şimal axını-2”i maliyyələşdirən Avropa şirkətlərinə qarşı sanksiyalar tətbiq etdi. Bu cəza da Trampın Milad hədiyyəsidir.

Bu, Putinin hədiyyəsindən fəqli olaraq ürəkaçan deyil. Qisas diplomatiyasının bəhrəsi olaraq, yenə də Vaşinqtonun Moskva qədər Avropaya qaz satmaq istədiyinə işarə edir.

ABŞ-ın əsas müttəfiqi Polşadır. O, “Şimal axını-2”-nin qatı əleyhdarıdır və tankerlərlə onun limanlarına gətirilən Amerikanın maye qazı üçün platsdarm rolunu oynamağa hazırdır.

Ondan istifadə edəcək və Moskva qazı ilə rəqabət etmək, qiymətləri aşağı salmaq və ya hətta sonradan Rusiya qazının Qərbi Avropaya tranzitinin bərpa edilməsinə qarşı çıxmaq üçün Ukraynaya yönəldəcək.

Qərbi Avropadakı Rusiya qazı ilə Şərqi Avropadakı ABŞ-ın maye qazı arasındakı bölücülük, millətçilik və sülh, enerji müstəqilliyi və ya hökmranlığı ilə bağlı vəziyyət artıq ətraflı müzakirə edilib.

Rusiyanın son və çox əhəmiyyətli qaz qələbələri şərqdəki oyun qaydalarını aydınlaşdırır, qərbdə isə ABŞ-ın maye qazı qeyri-müəyyən vəziyyətdədir, bu vəziyyət yalnız gələn ilin noyabr ayında keçiriləcək prezident seçkilərinin nəticələrindən sonra aradan qalxacaq.

Qitəmiz uzunmüddətli enerji riskini üç tədarükçü arasında bölüşdürür: Rusiya, ABŞ-ın maye qazı, Cənubi Avropa üçün Orta Şərq və Afrikanın maye qazı.

Onların hər biri bazar payını qorumaq və ya qazanmaq uğrunda mübarizə aparmağa məcbur edən bir strategiyanın əsiridir.

Qaz bolluğu ilə əlaqəli belə əlverişli bir gələcək gözlədiyi halda, qaz ticarəti üzrə birjada son 7 ildə orta Avropa qaz qiymətləri 19 avrodan çox olduqda, hazırda qışda qaz təxminən 14 avroya satılır.

Düzgün idarəçilik olduqda  Avropa bazarındakı gələcək rəqabət 9-14 avro arası uzunmüddətli cəlbedici qaz qiymətinin proqnozuna zəmanət verə bilər.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam