Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İrəvan öz patronuna yenə “buynuz” göstərdi, Moskva isə...

 

"Əzabkeş xalq”la ağası arasında Njde böhranı böyüyür - qalibin kim olacağı indidən bəllidir; Ərdoğandan isə ermənilərə çarpıcı sözlər gəldi: “Köçəri olublar, Ermənistan isə dünənki dövlətdir...”

Yenixeber.org: Ötən həftə Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağ mövzusunda öz etnik qardaşlarını sevindirən bəyanatlar verib İrəvanı tərk edər-etməz, Rusiyada ermənilərin qanını qaraldan olay yaşandı. Krasnodar diyarının Armavir şəhərində erməni faşisti və nasist əlaltısı Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi üzərinə boya tökülməklə təhqir edildi. Özü də bunu Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov elədi. Yəni rəsmi bir şəxs.

Ardınca Ermənistanın Moskvadakı səfirliyi utanmazcasına etiraz bəyanatı yayaraq, baş vermiş hadisəni “erməni-rus əlaqələrinin ruhuna uyğun gəlməyən vandalist akt və millətlərarası gərginliyə gətirəcək hərəkət” kimi qiymətləndirdi. Bir az da uzağa gedərək, Armavir şəhər hökumətini baş verən hadisəyə müvafiq qiymət verməyə çağırdı.

Sözsüz ki, Rusiya hökuməti deputata qarşı heç bir ölçü götürməyəcəkdi və götürmədi də. Çünki onun hərəkəti Njde kimi nasist əlaltəları ilə bağlı Rusiyanın dövlət mövqeyi ilə tamamilə üst-üstə düşür. Bu mövqe bir neçə ay öncə Rusiya XİN-in yaydığı hesabatda da əksini tapıb. 

Bir daha xatırladaq ki, hazırda paytaxt İrəvan da daxil, işğalçı Ermənistanın üç şəhərində Njdenin heykəli var. Rusiyadan, Azərbaycandan, digər MDB ölkələrindən ən yüksək səviyyədə səslənən haqlı etirazlara baxmayaraq, Nikol Paşinyan hakimiyyətdən devirdiyi Serj Sərkisyan dövründə qəhrəmanlaşdırılan faşist əlaltısının abidələrini sökməyə hazırlaşmır. Tərsinə, Sərksiyan kimi Njdeni ermənilərin milli qəhrəmanı kimi təqdim və təbliğ edir.

*****

Bu harasıdır, ötən həftəsonu İrəvanda bir qrup vətəndaş Armavir olayına ilə bağlı Rusiyanın İrəvandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları Rusiya səfirliyinin nümayəndələrinə etiraz notası məktubunu vermək istəyiblər, Moskva əleyhinə şüarlar səsləndirərək, Aleksey Vinoqradovun cəzalandırılmasını tələb ediblər.

Ən maraqlısı odur ki, etirazın təşəbbüskarları arasında “Sasna tsrer” terror təşkilatı da olub. Hansı təşkilat ki, məhz Paşinyan dönəmində partiya statusu alıb və onun rəhbərləri azadlığa buraxılıblar. Sonuncuların Nikol Paşinyanla isti əlaqələri mövcuddur. Hətta Paşinyan iki dəfə onları öz iqamətgahında qəbul edib. “Sasna tsrer” üzvləri Ermənistanın Rusiya orbitindən uzaqlaşması və rus qoşunlarının ölkədən çıxarılmasının qatı tərəfdarları kimi də tanınırlar.

Beləcə, İrəvanla onun şəriksiz ağası Moskva arasında Njde böhranı böyüyür. Hərçənd qalibin kim olacağı indidən hamıya bəllidir. Bununla belə, inqilabçı baş nazir bir yandan, Moskvaya sədaqət andları içir, “bizim əsla NATO-ya, Avropa Birliyinə üzv olmaq fikrimiz yoxdur, biz Avrasiya İqtisadi Birliyində və KTMT-də qalacağıq” deyir, o biri yandan isə öz əlaltıları vasitəsilə İrəvanda anti-Rusiya etirazları təşkil edir, Kremli şantaj edir, öz patronuna “buynuz” göstərir. O Kreml ki, işğalçı Ermənistanın Azərbaycan və Türkiyə qarşısında yeganə varlıq qarantıdır, Ermənistanın Türkiyə və İranla sərhədlərini də rus əsgərləri qoruyur. Gümrüdəki 102 saylı Rusiya hərbi bazası da ki, öz yerindədir və gələn il onun dislokasiya müddəti daha 10 il - 2034-cü ilədək uzadılacaq.

“Rusiya hərbi bazasının Ermənistanda olması ile ilgili görsel sonucu

“Rusiya hərbi bazasının Ermənistanda olması səbəbini hamımız bilirik və indi heç nəyi dəyişməyə əsas yoxdur”. Bunu keçən həftə ABŞ-a səfər zamanı İrəvanın Rusiya yönlü siyasəti ilə bağlı sərt suallarla üzləşən Ermənistan parlamentinin nümayəndə heyətinin rəhbəri Lilit Makunts Amerikada deyib.

O, Ermənistandakı rus qoşunlarının mövcudluğunun ölkənin suverenliyini təhdid edib-etməməsi barədə suala belə cavab verib: “Bu sualın cavabı Ermənistan-Türkiyə sərhədlərinin qorunmasıdır. Ölkə ərazisində hərbi bazanın yerləşdirilməsi qərarı qarşılıqlı razılıqla qəbul edilib və indi bunun dəyişdirilməsinə heç bir əsas yoxdur”.

*****

Bu da sizə Paşinyan komandasının Rusiyaya qarşı ikiüzlülüyünə dair növbəti dəlil. Bu siyasi riyakarlığı əslində Moskvada da yaxşı bilirlər. Sadəcə, Nikol Paşinyanın və komandasının ölkə daxilində reytinqinin kritik həddə düşməsini gözləyirlər. O da belə görünür, uzaqda deyil. Bunu təkcə biz demirik.

“Paşinyan iqtidarının əhalinin pozitiv gözləntilərini qarşılaması üçün uzağı ilyarım vaxtı qalıb”.

Mikayel Melkumyan ile ilgili görsel sonucu

Ermənistan mətbuatı xəbər verib ki, bu barədə parlamentin deputatı, müxalif “Çiçəklənən Ermənistan” fraksiyasının üzvü Mikael Melkumyan dövlət büdcəsinin müzakirələri zamanı etdiyi çıxışda bildirib.

Onun sözlərinə görə, ermənilər yeni hakimyyətdən inqilabi dəyişikliklər gözləyirdilər, lakin hökumət qanunverici orqana əsl gerçək büdcəni təqdim edib. Onun əsasında isə hansısa müsbət dəyişikliklərdən danışmaq mümkünsüzdür.  “Bu ilin yanvar-iyun aylarında iqtisadiyyatın real sektoruna, yəni sənaye, tikinti, kənd təsərrüfatına qoyulan sərmayə sadəcə, 310 milyon dollar təşkil edib. Lakin eyni zamanda ölkədən 295 milyon dollar pul çıxarılıb. Belə çıxır ki, ölkəyə gətirilən investisiya axını vur-tut 15 milyon dollar məbləğində qiymətləndirilə bilər”, - deyə Melkumyan istehzalı şəkildə bildirib.

*****

kreml ile ilgili görsel sonucu

Ümumiyyətlə, bütün praqmatik təhlilçilər blokada şəraitində olan və Rusiyaya arxalanaraq, iki əsas qonşusu - Türkiyə və Azərbaycanla düşmən münasibəti davam etdirən işğalçı ölkənin heç bir inkişaf perspektivinin olmayacğına, “izqoy” ölkə kimi qalacağına əmindirlər - hakimiyyət başında kim olur-olsun. Diqqət edin, özünə dövlət deyən Ermənistan öz xarici sərhədlərini belə Rusiyaya tapşırıb. İqtisadiyyatında böhran, ölkədən isə kütləvi köç davam edir, Ermənistanın xarici borcları ilbəil artmaqdadır. Özü isə faktiki, Rusiyanın ucqar quberniyası kimidir.

Bir sözlə, Ermənistan adlı dövlət, sadəcə, baş tutmayıb. Tutmayacaq da, nə qədər ki, Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmayıb. Çünki Ermənistan adlı dövlətin əsas qarantı Rusiya yox, məhz Türkiyə və Azərbaycan ola bilər.

erdoğan ermenistan'a sert sözler ile ilgili görsel sonucu

Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Merilenddəki Amerika Dini Mərkəzində çıxışı zamanı ermənilərin əsl obrazını və kimliklərini sərt, həm də sərrast şəkildə açıb. O, ermənilərin keçmişdə köçəri həyat tərzi keçirdiklərini deyib, Ermənistanı isə gənc dövlət adlandırıb.

“Ermənistan - dünənki dövlətdir. Əvvəllər onlar qaçqın kimi yaşayar, müxtəlif yerlərə azıb gedərdilər. Türkiyə ərazisində də onlar tez-tez yerlərini dəyişərdilər. Onda onların məcburi köçürülməsi barədə qərar qəbul olundu”, - deyə Türkiyə lideri qeyd edib. Ərdoğan sözünə onu da əlavə edib ki, hazırda Türkiyədə 100 min erməni yaşayır və onun 60 mini Türkiyənin vətəndaşı, yerdə qalanı, yəni 40 min isə Ermənistandan olan əmək miqrantlarıdır.

Daha 30 min erməni isə Azərbaycanda yaşayır. Bu da sizə guya türklərin zülmünə məruz qalmış “əzabkeş xalq” haqda erməni bayatısının sonu...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam