Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

ABŞ Şimali Koreyadan təkidlə xahiş edir ki...

 

Cənubi Koreya və Şimali Koreya arasında münasibətlər pisləşib

Yenixeber.org: “Reuters” agentliyinin Seuldan verdiyi xəbərdə deyilir ki, Birləşmiş Ştatlar Şimali Koreyanın ikitərəfli danışıqlara qayıtmasını istəyir, bu məqsədlə də qarşı tərəfi danışıqları davam etdirməyin vacibliyinə inandırmağa çalışır. “Amerika Şimali Koreyadan təkidlə xahiş edir ki, danışıqlara qayıtsın”, Cənubi Koreyanın milli təhlükəsizlik üzrə müşaviri Chung Eui-Yong bazar günü ABŞ-Şimali Koreya danışıqlarının son durumunu şərh edərkən belə deyib.

Şimali Koreya lideri Kim Çen In bu ilin aprel ayında ABŞ-a danışıqlarda çeviklik göstərmək üçün bir il vaxt verib və Şimali Koreya rəsmiləri ABŞ-a xəbərdarlıq edib ki, bu müddət başa çatdıqdan sonra danışıqlara yenidən başlamaqdan söhbət belə gedə bilməz.

Şimali Koreyanın yüksək səviyyəli bir diplomatı isə Pxenyanın ilin sonuna qədər Vaşinqtondan qarşılıqlı addımlar gözlədiyini söyləmişdi. ABŞ-Şimali Koreya nüvə müzakirələri nəticəsiz sona çatdıqdan sonra oktyabr ayında işçi səviyyəli danışıqlar qrupu yaradıldı.

"Yalnız yüksək səviyyəli rəsmilər arasında danışıqlar baş verərsə və ciddi irəliləyişə nail olunarsa, Şimali Koreya ilə ABŞ arasında üçüncü zirvə görüşü keçirilə bilər", - deyən Chung Eui-Yong onu da vurğulayıb ki, Cənubu Koreya Şimali Koreya ilə ABŞ-ın mövqelərini yaxınlaşdırmağa çalışır.

ABŞ və Şimali Koreya arasındakı danışıqlar kəsildiyinə görə iki Koreya arasındakı anlaşmada da problemlər yaranıb. Belə ki, Şimali Koreya Cənubi Koreyanın ikitərəfli danışıqlar təklifini rədd edib.

“Reuters” bildirir ki, bu arada Cənubi Koreya ilə Yaponiya arasında da gərginlik yaranıb. ABŞ-ın bölgədəki ən vacib müttəfiqləri arasındakı münasibətlərin gərginləşməsi isə məhkəmə qərarına bağlıdır. Cənubi Koreyanın Ali Məhkəməsi II Dünya Müharibəsi zamanı Yaponiya firmalarında məcburi şəkildə çalışmış işçilərə kompensasiya verilməsini barədə qərar çıxarıb. Nəticədə Cənubi Koreya ilə Yaponiya arasında münasibətlər son onilliklər ərzində ən pis vəziyyətə düşüb.

Yaponiya Cənubi Koreyaya ilə öncə bağlanmış müqavilələr əsasında ixrac etdiyi yüksək texnoloji materiallara məhdudiyyət tətbiq edib. Buna cavab olaraq Cənubi Koreya Yaponiya ilə kəşfiyyat məlumatlarını paylaşmaq istəmədiyini açıqlayıb.(müsavat)

Elbəyi Həsənli, Sürix

https://www.reuters.com/article/us-northkorea-usa-southkorea/united-states-very-actively-asking-north-korea-to-return-to-talks-south-korea-idUSKBN1XK04E


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam