Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dəyirmi Masa iştirakçıları memorandum imzaladı-Razılaşma

 

Müsavat Partiyasında siyasi partiya rəhbərlərinin iştirakı ilə baş tutan Dəyirmi Masa işini tamamlayıb.

Yenixeber.org: Toplantının yekunu olaraq tərəflər memorandum imzalayıb.

Sənəddə qeyd olunur: Dəyirmi Masa iştirakçıları: Arif Hacılı, Əli İnsanov, Əli Kərimli, İsa Qəmbər, Mehman Əliyev, Hikmət Hacızadə, Pənah Hüseyn Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu, Qarabağın işğaldan azad edilməsi və digər ümummilli məsələlərdə həmrəylik göstərərək, avtoritar rejimə qarşı mübarizədə funksional əməkdaşlıq barədə razılığa gəlir.

Dəyirmi Masa iştirakçıları tərəfdarlarını qarşılıqlı ittihamlara yol verməyərək, bütün fəaliyyəti avtoritar rejimə qarşı yönəltməyə, həm iqtidar, həm də müxalifət tərəfdarlarını siyasi mübarizədə mənəvi-əxlaqi dəyərlərə, etik normalara əməl etməyə çağırır.

Dəyirmi Masa iştirakçıları beynəlxalq qurumları Azərbaycanda fundamental insan hüquqlarının pozulmasına göz yummamağa, Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəlikləri yerinə yetirməsini daha təsirli vasitələrlə tələb etməyə çağırır. Dəyirmi Masa iştirakçıları Azərbaycan hakimiyyətindən Konstitusiya və qanunlara əməl etməyi, korrupsiyaya son qoymağı, xalqın səsini dinləməyi tələb edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam