Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Əli İnsanov Müsavata gedəcək

 

Noyabrın 5-də dəyirmi masa keçiriləcək

Yenixeber.org: Noyabrın 5-nə siyasətçilərin və ictimai xadimlərin dəyirmi masası təyin olunub. Tədbir saat 14-də Müsavat Partiyasının mərkəzi qərargahında başlayacaq. Qeyd edək ki, Müsavat Partiyasının başqanı Arif Hacılı oktyabrın 23-də müxalifətin birliyi ideyasının, ölkədəki siyasi durumdan çıxış yollarının müzakirəsi üçün açıq dəyirmi masa keçirilməsini təklif edib.

O, dəyirmi masaya Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlini, AXCP sədri Əli Kərimlini, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədovu, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyni, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbəri, sabiq səhiyyə naziri Əli İnsanovu, “Turan” Agentliyinin direktoru Mehman Əliyevi, politoloq Hikmət Hacızadəni dəvət edib və siyasi təşkilat rəhbərlərinin razılaşacağı digər siyasi xadimlərin iştirakını məqbul sayıb.

Arif Hacılı oktyabrın 27-də sosial şəbəkədə bəyan edib ki, ölkədə yaranmış siyasi durumu dəyərləndirmək və vəziyyətdən çıxış yolları barədə müzakirələr aparmaq üçün dəyirmi masa keçirmək təklifi ilə müraciət etdiyi 8 siyasətçinin 5-dən müsbət cavab alıb, hələlik imtina edən olmayıb.

Noyabrın 1-də isə Müsavat başqanı sosial şəbəkədə bildirib ki, heç bir ilkin şərt irəli sürmədən, ölkədə mövcud durumu müzakirə etmək, çıxış yolları barədə fikir mübadiləsi aparmaq, mümkün olarsa bəzi razılaşmaların təsdiqlənməsi məqsədi ilə nəzərdə tutulan dəyirmi masa noyabr ayının 5-də baş tutacaq.

Dəyirmi masaya dəvət alan AXP sədri Pənah Hüseyn noyabrın 1-də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, toplantıda mütləq iştirak edəcək. Pənah Hüseyn onu da məlumat verdi ki, siyahıda adı qeyd olunan şəxslərin hamısı, o cümlədən Əli İnsanov Müsavatda keçiriləcək dəyirmi masaya gələcək: “Məndə olan məlumata görə, həm Əli İnsanov, həm də digər siyahıda adı olanlar, eləcə də ilk dəfə açıqlanan siyahıda adı qeyd olunmayan siyasətçilər də dəyirmi masaya qatılacaq”.(müsavat)

Etibar SEYİDAĞA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam