Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Mən müsavatçı olmuşam“

 

"Ağacəbrayıl Abbasəliyevlə məsləhətləşib təxmini iki ildən sonra partiyanı birgə tərk etdik"

 

"Xeberinfo.com":  Məlumata görə, sənətçi Əli Mirəliyevin “Azərbaycanda müxalifət yoxdur” ifadəsi hələ də gündəmdə qalmaqdadır. Müsavat başqanının müavini Səxavət Soltanlı, prezidentliyə sabiq namizəd Hafiz Hacıyev, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun sərt tənqidindən sonra bir sıra müxalifətçilər də sosial şəbəkələrdə sənətçinin fikrinə münasibət bildib.
Müsavat Partiyasının üzvü Yalçın Abbaslı sosial şəbəkədə status yazaraq bildirib ki, vaxtilə müğənni Əli Mirəliyevi partiyaya gətirib ona zəmanət verdiyi üçün peşimandır.
“Əli Mirəliyev Müsavat Partiyası Yasamal rayon tәşkilatının üzvü olub. Ona zәmanәt verәnlәrdәn biri dә mәhz mәn olmuşam. Ona zәmanәt verdiyimә görә çox peşmanam”.
Müğənni Ə.Mirəliyev “Yeni Müsavat”ın əməkdaşına açıqlama verərək bildirib ki, həqiqətən vaxtilə partiyanın üzvü olub:
“1992-ci illərdə Müsavat Partiyasının yeni yarandığı dövrdə mən də partiyaya üzv oldum. Özü də tək deyil, kamança ifaçısı  Ağacəbrayıl Abbasəliyevlə birgə. Lakin partiya daxili çəkişmələri, davaları görüb təəssüfləndim. Ağacəbrayıl Abbasəliyevlə məsləhətləşib təxmini iki ildən sonra partiyanı birgə tərk etdik. Həmin dövrlərdə partiyadakıları tanımaq olmurdu, çoxları qaçıb xaricdə gizlənirdi, vətəndaşlardan pul yığırdılar və s. Bütün bunları görüb öz qərarımı vermişdim. Yalçın Abbaslı adlı şəxsi isə qətiyyən tanımram. Mən öz iradəm ilə partiyaya gəlib, öz iradəm ilə də tərk etmişəm”.
Müğənni bir daha dediyi ifadəsinin üstündə qalaraq bildirib ki, ölkədə müxalifətin fəaliyyəti demək olar ki, yoxdur:
“Azərbaycanda müxalifətin olmadığını tək mən demirəm, bunu hamı deyir.  Bu yaxınlarda jurnalda dərc olunan peyğəmbərin karikaturası ilə əlaqədar bir çox müsəlman ölkələrində aksiyalar oldu. Amma bizdə müxalifət buna reaksiya verdimi, səsini ucaltmadı? Bakıda heç olmasa 10 adam çıxıb etirazını bildirdimi? Məgər biz müsəlman deyilik, dinimiz İslam dini deyil? Amma Çeçenistan böyük Rusiya ilə davaları olduğu halda öz səsini bildirdi”.
Müğənni sonda onu da qeyd etdi ki, hal-hazırda heç bir partiyanın üzvü deyil:
“Əvəllər çox adama inanırdım, amma indi heç kimə inamım yoxdur. Buna görə də heç bir partiyaya inanmıram və heç bir partiyanın üzvü deyiləm”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam