Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

"Qoy Suriyanın sərhədi ilə başqaları məşğul olsunlar"-"Neft mənim xoşuma gəlir, neft bizdədir"

ABŞ-ın Suriya sərhədində patrul fəaliyyəti həyata keçirmək arzusu yoxdur, lakin Vaşinqton ölkənin neft resurslarını nəzarətində saxlamaq niyyətindədir.

Yenixeber.org: Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Tramp deyib.

"Biz neftə nəzarəti əlimizdə saxlamışıq. Suriya ilə sərhəddə patrul fəaliyyətini başqaları həyata keçirə bilərlər. Türkiyə burada 1000 il savaşıb. Qoy sərhədlə onlar məşğul olsunlar. Biz bununla məşğul olmaq istəmirik, biz əsgərlərimizi vətənə qaytarmaq istəyirik. Amma hərbçilərin bir qismini Suriyada saxlamışıq. Onlar neftə nəzarət edir. Neft mənim xoşuma gəlir, neft bizdədir", - deyə o bildirib.

Tramp ABŞ-ın bundan sonra da kürd qruplaşmaları və Türkiyə ilə qarşılıqlı fəaliyyətini davam etdirəcəyini deyib.

Trampdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 13-də Vaşinqtona səfər edib-etməyəcəyi barədə də soruşublar. "Prezident Ərdoğan Ağ Evə gəlmək istəyir. Çox yaxşı münasibətimiz var",- deyə Tramp diplomatik cavab verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam