Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Ermənilər bizim müttəfiqdir, Qarabağa rus qoşunları yeridilə bilər”

 

Rusiya heç vaxt Ermənistanla döyüşməyib, ölkələr arasında həmişə yaxşı münasibətlər olub və indi də belə olaraq qalır.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. Jirinovskinin bəyanatını LDPR-in saytı yayıb.

Rusiyalı siyasətçi bildirib ki, Rusiya ilə tarixən yaxşı münasibətlər Ermənistanın geosiyasi mövqeyi ilə bağlıdır. “Ermənistan risk zonasında yerləşir: qonşuluqda İran, Türkiyə və İsrail (?!-red) var”- Jirinovski bildirib.

LDPR lideri deyib ki, bu gün regionun ən ağrılı məsələsi Dağlıq Qarabağdır.

“Rusiyanın ordunun gücü ilə müdaxilə etmək üçün heç bir əsası yoxdur, ancaq qan axıdılmasını istisna etmək üçün Ermənistan və Azərbaycanla anlaşma əsasında regiona sülhməramlı kontingent yeridilə bilər. Hərçənd ki, kənar müdaxilə və təxribat riski həmişə var, Abxaziyada olduğu kimi”- Jirinovski əlavə edib.

Onun fikrincə, keçmiş sovet düşərgəsində antirusiya əhval-ruhiyyəsini qızışdıran baş təxribatçı ABŞ-dır.

Jirinovski Ermənistanı öz taleyini müstəqil müəyyən etməyə çağırıb, ancaq xəbərdarlıq edib ki, Rusiyasız bu ölkə İran və Türkiyə ilə tək qalacaq.

Jirinovski “erməni soyqırımı” mövzusunda da danışıb, deyib ki, soyqırımları yad etmək üçün ümumi, beynəlxalq gün olmalıdır.

“Erməni genosidi ən böyük miqyaslı olub, bununla belə başqa xalqlar da məhv edilib: Avstriya-Macarıstanda ruslar, daha sonar yəhudilər, qaraçılar və bir çox başqaları. İndi Ukraynada rusları məhv edirlər, Yaxın Şərqdə və Afrikada xristianları dini əqidələrinə görə öldürürlər, mədəni abidələri məhv edirlər. Belə metodların kökünü birdəfəlik kəsmək lazımdır” - Jirinovski bildirib. 

Virtualaz.org


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam