Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

ƏRDOĞAN ORTA ŞƏRQDƏ “İKİNCİ İSRAİL” PLANINI ZİBİLLİYƏ ATDI –Türkiyə artıq öz mövqeyini diktə edən ölkəyə çevrilir

Bülənt Ərandaç

“Takvim”, Türkiyə, 20 oktyabr

 

Yenixeber.org: Belə bir deyim var: “Alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”.

Prezident Ərdoğan ABŞ-İsrail dəhlizinin bir ayağını Afrində qoparmışdı, ikinci ayağını da Təl Abyad və Rəsulaynda qopardı.

“Dərin ABŞ-Avropa”nın kuklası olan PKK-YPG terror dövləti xülyası və İsrailin Orta Şərqdəki “İkinci İsrail” layihəsi zibilliyə atılmışdır. İsrail lobbiləri “dərin ABŞ-Avropa”nın davamlı olaraq öz alətlərini itirməsindən qaynaqlanan aqressivliklə müsəlman dünyasının gur səsi, lideri olan Tayyib Ərdoğana hücum edirdilər. Rəzil oldular.

Dünən Adnan Menderesi asan xaçlı-sionist zehniyyəti, bu gün Prezident Ərdoğana kəmənd atmaq üçün çox çalışırdı. Müsəlmanların qanını əmmək üçün layihələr ssenariləşdirirdi. Prezident Ərdoğan da hər cür təzyiq, hiylə və intriqaya, Qərbin gözünün içinə baxan CHP-yə və ona birləşənlərə rəğmən, S-400 alır, Şərqi Aralıq dənizini dələn “Fatih”lə həmlələr edirdi.

Sonunda Ərdoğan ABŞ və İsrailin Şimali Suriyada yaratmaq istədiyi dəhlizi parçaladı.

Ərdoğan ötən həftə BMT-də müsəlmanların gur səsi olaraq, öz mövqeyini açıqca ortaya qoymuşdu. O gün əzilən müsəlman dünyasının sevinc göz yaşları axmışdı. Srağagün yevangelist xristian vitse-prezidentin acizliyini gördünüz. Ərdoğanın türk dövlət ağlının “Zəfər inananların olacaqdır!” fəlsəfəsini necə həyata keçirdiyinə şahid oldunuz.

Prezident Aparatının ictimai əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun çoxyönlü qələbənin önəmini “Türkiyə, Prezidentimizin güclü liderliyi və Türkiyə Silahlı Qüvvələrinin meydandakı uğuru sayəsində əməliyyatın təməl hədəflərinə sürətli bir formada çatma, yəni terrorçuları sərhədlərimizdən uzaqlaşdırma və təhlükəsiz bölgə yaratma yönündə önəmli bir addım atdı. Bu razılaşma bir daha göstərdi ki, hər cür terrora qarşı ortaq fəaliyyət göstərilməli və əsla bir terror təşkilatı ilə müqayisədə digərinə üstünlük verilməməlidir” sözlərilə aydın şəkildə ortaya qoydu.

Qarımış Avropa illərdir nə deyərdi? Deyərdi ki, “Türklər savaşda qazanar, masada uduzar”. Artıq elə şey yoxdur. Prezident Ərdoğan, Türkiyə bundan sonra həm meydanda, həm də masada qazanmağı beyinlərə həkk etmişdir.

Oyunları pozuruq. Zavallı zehniyyətləri yıxırıq. Sanksiya təhdidi, yevangelist-yəhudi ortaqlığının rəzil qərarları qarşısında geri addım atmayan bir liderliklə yürüyən Türkiyə, qarşıdakı onilliklərin də oyunlarına neştər atdığını göstərmişdir.

Bəli, böyük millət, böyük Türkiyə, böyük lider və böyük işlər görmə dövründəyikBu gün NATO zəncirlərini qıran, müstəqillik bayrağını dalğalandıran, vektor qoyan ölkə mövqeyindəyik.

Qələbə inanaların olacaqdır!

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam