Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

"Aşqabadda Prezidentimiz Paşinyanı fakt qarşısında qoydu" - RƏY

"Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında Ermənistanın baş naziri Nikol Paşinyanı çıxılmaz duruma saldı, Paşinyan isə cavab verə bilmədi. Bu, Azərbaycanın növbəti diplomatik qələbəsidir".

Yenixeber.org: Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputat vurğulayıb ki, insanlığa, xüsusilə ilə müsəlmanlara qarşı nifrət, faşizm ideologiyası bəlkə də Almaniyadan əvvəl ermənilərdə mövcud olub:

"Ona görə də Almaniyada faşistlər hakimiyyətə gələndə, ermənilər onlarla həmrəy olduqlarını bildirdilər. Hələ Almaniyada faşizm ideyaları çiçəklənməmişdən qabaq, 1800-cü illərdən başlayaraq ermənilərin müsəlman-türk xalqına qarşı törətdiyi bütün hərəkətlər sırf faşizm ideologiyasına əsaslanırdı. Özlərini yuxarı ali irq hesab edib, yaşadıqları əraziləri erməniləşdirmək məqsədilə o ərazilərdə qeyri-millətlərin olmasını mümkün hesab etmirdilər, o millətlərin kökünü kəsmək üçün vaxtaşırı əməliyyatlar aparırdılar. Bu, l Dünya müharibəsində və ondan əvvəlki dövrə aid sənədlərdə də təsdiqini tapıb. II Dünya müharibəsində ermənilərin faşistlərlə əməkdaşlığı göz qabağında olub, gorbagor Qaregin Njde buna misaldır. Faşizm ideologiyası yalnız Ermənistanda deyil bütövlükdə erməni təşkilatlarında da üstün tutulur. Sadəcə olaraq, ermənilər çox məharətlə uzun illər ərzində üzlərini maskalayaraq saxtakarlıq və riyakarlıqla bu əməllərini gizlədiblər. Onlar özlərini yazıq kimi qələmə verərək yaşadıqları ərazidə qırğınlar törədiblər. Onların əməlləri bu gün də davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan sülhdən, humanizmdən, insan hüquqlarından danışır. Qəribəsi odur ki, Ermənistan rəhbərliyi insan hüquqlarından danışanda, bununla əlaqəli olan beynəlxalq təşkilatlar ermənilərin qarşısında sübut qoymur ki, soyqırımlar, qətliamlar törədən sizsiniz".

 

Elman Məmmədov

Deputat Elman Məmmədov

"Prezident sübut etdi ki, ermənilər Qaregin Njdeyə abidə qoymaqla açıq şəkildə faşizm ideologiyasına xidmət etdiklərini göstərmiş oldular. Tarixin elə bir dövrü gələcək ki, ermənilər etdiklərinə görə cəzalarını alacaqlar".

 

Deputat vurğulayıb ki, ermənilər XX əsrin sonlarında əsrin dəhşətli cinayətlərindən birini - Xocalı soyqırımını törədiblər, 1 milyon insanın bütün hüquqları ermənilər tərəfindən pozulub:

"Ermənilər uşaq qatilləridir. Dünya Ermənistanı yerində oturtmaq üçün heç bir şey etmir, cəzalandırmır. Paşinyan MDB Dövlət Başçıları Şurasının Aşqabadda keçirilən zirvə toplantısında erməniləri mədəni millət kimi qələmə verməyə cəhd edirdi, guya sülhpərəstdilər. Prezident İlham Əliyev vaxtaşırı ermənilərin cavabını verir. Xatırlayırsınızsa, "Prezident İlham Əliyevin "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı Paşinyanın layiqli cavabını vermişdi. Aşqabadda keçirilən görüşdə də dövlət başçımız Paşinyanı fakt qarşısında qoydu. O isə Prezident İlham Əliyevə cavab verə bilmədi. Prezident sübut etdi ki, ermənilər Qaregin Njdeyə abidə qoymaqla açıq şəkildə faşizm ideologiyasına xidmət etdiklərini göstərmiş oldular. Tarixin elə bir dövrü gələcək ki, ermənilər etdiklərinə görə cəzalarını alacaqlar".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam