Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

MAKRONUN RUSİYA İLƏ BAĞLI TƏŞƏBBÜSÜ: o təkcə Avropanı deyil, münaqişələri olan bütün postsovet dövlətlərini də narahat edir

Mark Leonard

“Project Syndicate”, 02.10.2019

 

Yenixeber.org: Fransa prezidenti Emmanuel Makron tarixin qövsünü əymək istəyən liderlərdən biridir. O, Fransanın siyasətini yüksəldərək, Avropa Komissiyası və Avropa Mərkəzi Bankı rəhbərliyində öz namizədlərini yerləşdirməni təmin edib, indi də Avropanın Rusiya ilə münasibətlərini yaxşılaşdırmağa çalışır.

Fransa rəsmiləri Makronun Rusiya strategiyasını ABŞ prezidenti Riçard Niksonun 1972-ci ildə Çinlə diplomatik münasibətlər yaratması ilə müqayisə edirlər. Lakin Makronun diplomatik səyi bunun əksinə bənzəyir: SSRİ-ni çəkindirmək üçün Çinin nazı ilə oynamaq əvəzinə, Makron Rusiyanın Çinlə birləşməsinin qarşısını almağa çalışır. Bununla da, o, Avropanın öz gələcəyi üzərində nəzarəti təmin edəcəyinə ümid edir.

Onun ilk addımı avqustun 7-də, Biarritz sammitindən əvvəl Fransanın Fort de Breqanson şəhərində Putinlə danışıqlar aparması idi. Lakin planın həyata keçirilməsinə məsul olan fransız nazirlər bu işi başayaq ediblər.

İndi Rusiya ilə münasibətlərin bərpasına təkbaşına davam etdirərək, onlar Avropa təhlükəsizliyini aşağıdan yuxarıya qurmağa çalışırlar. Fransız yol xəritəsi beş əsas sahəyə yönəlib: tərksilah, təhlükəsizlik dialoqu, böhranı idarəetmə, dəyərlər və ümumi layihələr.

Avqustun sonlarında Makron müxtəlif dərəcələrdə Avropa və Avrasiya inteqrasiyasından ibarət olan “konsentrik dairələr” sistemi ilə bağlı düşüncələrini açıqlayıb. Belə bir tənzimləmə NATO və Aİ-yə üzv dövlətlərin sərhədlərinin təhlükəsizliyini təmin etməli, Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyi ilə daha məhsuldar münasibət qurmağa imkan verməli və regional münaqişələrin, ən azı Ukraynadakı münaqişənin idarə olunması yollarını təklif etməlidir.

Təşəbbüsün vaxtı xüsusi məna daşıyır. Makronun özü kimi, Ukraynanın bu yaxınlarda seçilmiş prezidenti Vladimir Zelenski də yoxdan siyasi partiya yaradıb və ifşa edilmiş köhnə hökuməti dalana sıxıb. Amma əsas məsələ budur ki, Zelenski Ukraynanın təhlükəsizlik vəziyyətini həll etməyi prioritet məsələyə çevirib.

Makron hesab edir ki, Rusiyanın Çinin cazibəsinə düşməsi ən azı Qərbin səhvidir. O, Kremlin ərazi təcavüzü və seçki müdaxiləsi ilə bağlı məsələsində sadəlövh düşüncəli deyil. Lakin Rusiya Avropaya bu cür təhlükələr yarada biləcək yeganə ölkə deyil.

Makronun səylərinə əlavə aktuallığı ABŞ prezidenti Donald Tramp təmin edir. ABŞ-Çin qarşıdurması artırdıqca, istər-istəməz o, Avropa və ətraf qonşuluqlara (keçmiş Sovet İttifaqı, Yaxın Şərq və Şimali Afrika) daha az əhəmiyyət verəcək. Ən pisi budur ki, fransızlar Trampın Rusiya ilə böyük sövdələşmə apara biləcəyindən qorxur, çünki nəticədə, Aİ ABŞ və Çin arasında sıxışıb qalacaq.

Emmanuel Makronun ən böyük narahatlığı Avropanın özüdür. Aİ digər güclər tərəfindən bölünəcəksə, 21-ci əsrdə heç vaxt qlobal oyunçuya çevrilməyəcək. Onun fikrincə, Avropanın Rusiya ilə münasibətlərinin yenidən qurulması Avropa suverenliyini təmin etmək üçün ilk addımdır.

İdeal olaraq, Aİ Rusiyaya qarşı sanksiyaları və NATO-nun təmkinini özündə birləşdirən ikili yanaşma aparmalıdır. Fransızlar şikayətlənir ki, bu cür əməkdaşlıq üçün heç bir mənalı kanal yoxdur və sanksiyalar Rusiyanın yaratdığı ümumi təhdidə uyğun cavab deyil.

Bununla belə, Makronun təşəbbüsü bir çox sual doğurur. Ukraynadakı münaqişənin həllində Putinin hər hansı bir marağının olub-olmadığı hələ görünmür. Hətta Avropa Rusiyanı Çindən ayırmağa qadir olsa belə, Tramp administrasiyasının yanında onun olacağı və Avropa təşəbbüsünün gerçəkləşməsinə imkan verib-verməyəcəyi bəlli deyil.

Ancaq ən böyük suallar Avropa cəbhəsindədir. Bir çox Mərkəzi və Şərqi Avropa ölkəsi Makronun “konsentrik dairələr” çərçivəsində ikinci dərəcəli vətəndaş olacağından narahatdır. Digərləri isə Makronun Ukraynanı Rusiyanın şərtləri ilə münaqişəni nizamlamağa məcbur edəcəyindən qorxur. Makronun təşəbbüsü Amerikanı Avropa İttifaqının təhlükəsizliyinə bağlılıqdan də qopara bilər.

Fransız səlahiyyətlilər Niksonun Çinə səfərindən əvvəl ABŞ müttəfiqləri ilə məsləhətləşmədiyini vurğulayır. Bir təhlükəsizlik şahini kimi Niksonun etibarlılığı şübhə doğurmurdu, lakin Fransaya Mərkəzi və Şərqi Avropadakı bəzi insanlar şübhə ilə yanaşır.

Makronun səyinə  müvəffəq olacağı təqdirdə, o, yalnız Mərkəzi və Şərqi Avropanın deyil, həm də Ukrayna, Gürcüstan və Moldova kimi keçmiş sovet ölkələrinin suverenliyinə və təhlükəsizliyinə sadiq olduğunu sübut etməli olacaq; həm Skandinaviya, həm də Baltikyanı ölkələrlə, həmçinin Aİ-nin müvafiq qurumları, Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə yeni Ali Nümayəndəsi Xosep Borrell ilə daha dərin əməkdaşlığı davam etdirməlidir.

Hər şeydən əvvəl, Makronun təşəbbüsü təhlükəsizliyə ümumi bir yanaşma üçün etibarlı platforma yaratmalıdır. Bəzi ölkələri digərlərindən üstün tutsa, özü və müəllifi olduğu təşəbbü tarix kitablarında deyil, elə menyuda bitəcək.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam