Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ərdoğandan gözlənilməz addım: “GÜLƏNÇİ” KONTR-ADMİRAL MÜHÜM POSTA GÖNDƏRİLDİ

Erkan Kireçtepe (solda)

 

İqor Subbotin

Nezavisimaya gazeta, 28.08.2019

 

Yenixeber.org:   Türkiyənin haçansa “repressiya olunmuş” kontr-admirallarından biri Türkiyənin Şərqi Aralıq dənizindəki ən mühüm hərbi bazasının komandanı olub. Yunanıstan KİV-ləri təyinatı geniş müzakirə edərək bunu Ankaranın Kipr problemi kontekstində sərt tədbirlərə hazırlığı adlandırıb.

Söhbət Türkiyənin İskəndərun hərbi-dəniz bazasının (Xatay əyaləti) komandanı olmuş kontr-admiral Erkan Kireçtepedən gedir. O, Türkiyənin 1995-ci ildə ümumi adı İmia olan məskunlaşmamış adaçıqlar bölgəsində yerləşdirilən sualtı güclərin özəl qrupunun keçmiş üzvüdür. Yunanıstan və Türkiyə – Şimali Atlantika Alyansı üzrə müttəfiqlər – bunların ətrafındakı ərazi iddialarına görə 1990-cı illərdə savaş həddində olub. Afinaya xəbərdarlıq edilib ki, ərazi sularını 6 mildən 12 milədək genişləndirmək silahlı münaqişəyə səbəb olardı. Bununla yanaşı, Türkiyə Yunanıstanın adalar ətrafındakı 10 millik hava zonasını tanımır, hesab edir ki, Yunanıstanın hava məkanı ərazi suları kimi altı dəniz mili ilə məhdudlaşır.

Diqqətçəkəndir ki, Kireçtepe keçmişdə, Türkiyə hökumətinin versiyasına görə, 2016-cı il dövlət çevrilişi cəhdinin təşkilatçısı olan Fətullah Gülən hərəkatı ilə əlaqələr ittihamı ilə üzləşib. Xəbər verilib ki, Kiteçtepe görkəmli siyasi simaları öldürmək qəsdilə sui-qəsddə iştirakda ittiham edildikdən sonra 2019-cu ildə həbsxanaya atılıb. Onun işi orduda əhatəli, “Ergenekon”  adını alan “təmiziliyə” paralel inkişaf edib. Türkiyə hərbi elitasının bir qismini bu araşdırma çərçivəsində respublikanın yüksəkməqamlı xadimlərinə qarşı terakt hazırlığında ittiham ediblər. “Ergenekon” çərçivəsindəki işlərin dayandırılmasına baxmayaraq, bunu Rəcəb Tayib Ərdoğanın orduya basqı aktı hesab edirlər.

Müşahidəçilər hesab edirlər ki, Kireçtepenin təyinatı Türkiyənin Kipr sahilindəki yatağa hüququnu mübahisə etdiyi Şərqi Aralıq dənizində gərginliyə gətirə bilər. Kontr-admiral bunun üçün son dərəcə “uyğun” təcrübəyə malikdir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam