YAXIN ŞƏRQDƏ DRON SAVAŞLARI: İsrailin qəfil həmləsinə necə cavab veriləcək?
“Defence Post”,
25.08.2019
Yenixeber.org: Nadir bir açıqlamada İsrail hökuməti Bazar günü, avqustun 25-də hərbi təyyarələrinin Dəməşqin cənub-şərqindəki İranla əlaqəli hədəflərə hücum etdiyini, guya İsrail ərazisinə planlaşdırılan dron hücumunun qarşısını aldığını bildirib.
İsrail ortdusunun təmsilçisi deyib: “İsrail təyyarələri “Qüds” Qüvvələrinin kamikadze dronlarından istifadə edərək İsrailin şimalındakı hədəflərə hücum etmək cəhdinin qarşısını ala bilib”.
O deyib ki, PUA-lar İran məsləhətçiləri ilə birlikdə bir müddət əvvəl İsrail ərazisinə koordinasiyalı hücum etməyə hazırlıq üçün Dəməşqə gətirilib.
Bazar günü Baş Qərargah rəisi general-leytenant Aviv Koçavi İİKK komandiri Qasim Süleymaninin planlaşdırılan hücuma şəxsən nəzarət etdiyini iddia edib.
Baş nazir Benyamin Netanyahu həmlənin ““Qüds” Qüvvələri və şiə milislərin İsrailə qarşı hücumunun qarşısının alınması”nı “böyük əməliyyat” adlandırıb.
“İranın heç bir yerdə toxunulmazlığı yoxdur“, – Netanyahu deyib.
“Qüds” Qüvvələrinə nəzarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək rütbəli komandiri hücum zamanı hər hansı bir üzvün öldürüldüyünü inkar edib.
İranın Məsləhət Şurasının katibi Möhsün Rzai – keçmiş İİKK komandanı “məsləhət mərkəzlərinə” zərər verilmədiyini söyləyib. “Bu yalandır və həqiqəti əks etdirmir”.
Suriyanın rəsmi SANA Xəbər Agentliyi İsrail raketlərinin əksəriyyətinin məhv edildiyini və sosial mediada yayılan həmlə videolarının ya uydurma, ya da köhnə olduğunu iddia edib.
İsrail ordusu sözçüsü briqada generalı Ronen Manelis bildirib ki, hücum İsrail kəşfiyyatının İran dronlarıının Bazar günü İsrailə həmlə edəcəyini öyrənməsindən sonra həyata keçirilib. Manelis, həmçinin həmlənin Əkraba şəhəri yaxınlığında edildiyini söyləyib.
“The Jerusalem Post” xəbər verib ki, dronlar Yəmənin husi üsyançıları tərəfindən Səudiyyə Ərəbistanının hədəflərinə qarşı istifadə olunanlara bənzəyir.
Husilər ötən həftə Yəməndəki vətəndaş müharibəsi çərçivəsində Səudiyyə Ərəbistanı ərazisinə bir sıra hücumlar çərçivəsində Amerikan “MQ-9 Reaper” PUA-sını vurduqlarını iddia ediblər.
Bazar günü iki dron Beyrutun cənubundakı “Hizbullah” ofisləri yaxınlığında vurulub. “Hizbullah” və Livan ordusu onların İsrailə məxsus olduqlarını söyləyib, ancaq İsrail hökuməti şərh verməkdən imtina edib.
“Hizbullah” lideri Həsən Nəsrullah Netanyahunu hədələyib. Livan baş naziri Səad Həriri hadisəni İsrailin “təcavüzü” kimi qiymətləndirib.
ABŞ dövlət katibi Mayk Pompeo Həririyə zəng edərək, “hər hansı bir eskalasiyanın qarşısını almağın vacibliyini vurğulayıb”.
İsrailin Suriyaya həmləsi ABŞ rəsmilərinin AP və “New York Times” qəzetinə İsrailin ötən ay Kərkükün cənubunda İranla əlaqəli bir milis bazasına hava hücumu etdiyini təsdiqlədikdən bir neçə gün sonra baş verib.
Səlahiyyətlilər AP-yə bildirdilər ki, iyul zərbəsi iki iranlının ölümünə səbəb olub. Hücum 1981-ci ildə İsrail təyyarələrinin Bağdadın cənub-şərqindəki Osirak nüvə reaktorunu bombardman etməsindən bəri İsrailin İraqa ilk məlum zərbəsidir.
Təsdiq İraqın “Haşd əş-Şəabi” (Xalq Səfərbərlik Bölmələri) bazalarında bir sıra partlayışlarla bağlı ittihamlarının ardından gəlib.
Bir çox “Haşd əl-Şəabi” briqadaları İİKK tərəfindən dəstəklənir.
XSB başçısının müavini Əbumehdi əl-Mühəndis ABŞ və İsraili günahlandırıb. İsrail rəsmiləri İraqdakı XSB bazalarında baş verən partlayışlara görə məsuliyyəti öz üzərinə götürməyiblər. ABŞ Mərkəzi Komandanlığı da partlayışlarda iştirakını rədd edib.
Dövlət Departamenti ABŞ-ın Suriyada İranla əlaqəli hədəflərinə qarşı zərbələri “min faiz” dəstəklədiyini açıqlayıb.
”Reuters” keçən il İran rəsmilərinə istinadla, ballistik raketlərin İraqa verilməsinin Amerika və ya İsrailin İrana qarşı mümkün hücumunun qarşısını almaq məqsədi ilə edildiyini yazıb.
5 mindən çox ABŞ əsgəri hələ də İraqda qalır, burada təlim keçir və İraq təhlükəsizlik qüvvələrinə İŞİD-in qalıqlarına qarşı mübarizə aparmaqda kömək edirlər.
Donald Trampın Amerika qoşunlarını “İrana qarşı istifadəsi” açıqlamasından sonra İraq millət vəkilləri ABŞ qüvvələrini ölkədən qovulmasını tələb ediblər.
Milli Kəşfiyyat Agentliyinin sabiq direktoru Dan Kouts yanvar ayında Senatda İİKK ilə əlaqəli “Haşd əl-Şəabi-nin İraqdakı ABŞ qüvvələri üçün “əsas təhdid” olduğunu söyləyib.
Tərcümə: Strateq.az