Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Paşinyan məxfi sənəd açıqladı: Ermənistan dərin bataqlıda...

 

Düşmən ölkə apardığı işğalçı siyasətin altında qalıb; baş nazirdən ilginc etiraf; Bakının, Brüsselin və Vaşinqtonun ismarışları indi İrəvana çatır...

Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan 15 aydır haqqında danışdığı islahatlardan ictimai fikri yayındırmaq üçün az qala, hər gün təzə bir mövzu tapır. İki gün öncə o, facebook-da etdiyi canlı yayım zamanı isə maraqlı bir açıqlama verib. Bu dəfə o, eks-prezident Serj Sərkisyan dönəminə aid məxfi sənəd haqqında danışıb.

Məlumata görə, Paşinyan sənədlə bir neçə ay əvvəl tanış olduğunu, amma məzuniyyəti zamanı onu detallı şəkildə yenidən oxuduğunu bildirib (Məzuniyyət avqustun 2-də bitib). O, sənəddə məxfiliyin nədən ibarət olduğunu söyləməsə də, onun mahiyyəti barədə bəzi ifadələr işlədib. Sitat: “Sənədin vacibliyi ondadır ki, o, bizə ölkədəki real vəziyyət haqqında dolğun məlumat verir. Aydın olur ki, ölkədəki problemləri bir il ərzində həll etmək mümkün deyil. Sənəddə Ermənistanın institusional iflic vəziyyətində olduğu bildirilir”.

Siyasi analitiklər də onun bu sitatına dərhal diqqət çəkiblər. 

*****

“Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yolu ilə hakimiyyətə gələr-gəlməz, ordudakı korrupsiyadan danışmağa başladı. Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi”.

Bu sözlÉri politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan baş nazirinin məxfi sənəd barədə söylədiklərini şərh edərkən deyib. Onun sözlərinə görə, əslində N. Paşinyan həmin təklifi ilə “4 günlük” aprel savaşının Ermənistan üçün ağır nəticələrinə işarə edib: “Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi. Nikol Paşinyan növbəti sirrin üstünü açıb. Sən demə, 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirmiş”.

Politoloq qeyd edib ki, əgər Serj Sərkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb: “Həmin hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”.

Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyan ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib: “Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı da diqqəti çəkir: “Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, durum acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”.

PaÅinyan ile ilgili görsel sonucu

Bəs erməni baş nazir bu hesabatı niyə indi faş edir?

Politoloqa görə, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər: “Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir”.

Ekspertin fikrincə, N.Paşinyanın bu etirafları bizə müəyyən ipucları verir: “O da bundan ibarətdir ki, Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə “uğurları” Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək, Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var”.

*****

Məsələ də elə Ermənistan rəhbərliyinin ölkənin hansı səbəbdən dərin bataqlığa yuvarlandığını anlaması ilə bağlıdır. Belə bir dərk baş verəcəksə, “Biz on illərdir həll olunmamış Qarabağ məsələsinə görə iflic vəziyyətiyik” etirafı ən yüksək səviyyədə ediləcəksə, onda bəlkə Ermənistanın hansısa nicat yoluna çıxa bilməsindən danışmaq mümkün olsun.

Yəni bütün dərdlərin müalicəsi düzgün diaqnozun qoyulmasına birbaşa bağlıdır. Ermənistanın “inqilabçı və legitim” rəhbərliyi bu mənada sələflərindən fərqli olaraq, ölkənin düşdüyü acınacaqlı vəziyyətin əsas səbəbini öz xalqına açıq deməyi bacarmalıdır. Paşinyan bundan ötrü özündə iradəni tapa biləckmi?

Hər halda, ötən ay o, erməni xalqını illərdir Qarabağ müharibəsində mifik qələbəyə inandırmağa çalışan Sərkisyan-Köçəryan cütlüyündən fərqli olaraq, ilk erməni rəhbəri kimi etiraf etdi ki, Qarabağ müharibəsi hələ bitməyib. Bu, yaxşı etirafdır, ancaq erməni xalqının dərinə dərman olmaq üçün yetərli deyil. Yəni etirafın davamı gəlməlidir. Həm də o səbəbə ki, bu etirafdan Ermənistanın dünya ilə, Qərblə, özəlliklə ABŞ-la, Avropa ilə normal münasibətləri birbaşa asılıdır.

Yeri gəlmişkən, Paşinyanın hakimiyyətdə olduğu 15 ayda ABŞ, Avropa Birliyi tərəfindən ən yüksək səviyyədə, dəfələrlə çağırışlar səslənib ki, Ermənistan özünün inkişafına və milli təhlükəsizliyinə ilk növbədə qonşu Azərbaycan və Türkiyə ilə anlaşıb dil tapmaqla, bununla da Rusiyanın təsir zonasından uzaqlaşmaqla nail ola bilər. Rəsmi Bakı da dəfələrlə Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazır olduğunu bəyan edib və bildirib ki, Ermənistanın “daşı ətəyindən tökməsi”, işğala son qoyması kifayətdir ki, o, ağır blokada və vassal vəziyyətindən qurtulsun, Azərbaycan və Türkiyənin dəstəyi hesabına əsl iqtisadi inkişaf və inteqrasiya yoluna çıxsın, əhalisi on illərdir sürən üzücü və miskin həyatdan, aclıq təhlükəsi və kütləvi köçdən xilas olsun.

Deyəsən Bakının, Brüsselin və Vaşinqtonun ismarışları indi-indi İrəvana çatır...(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam