Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

HEYDƏR ƏLİYEV, “İTİRİLMİŞ TÜRKİYƏ” VƏ S-400-LƏR: Kreml Türkiyəni öz çevrəsində saxlamaq üçün nələrə əl atacaq? -Araşdırma

 

Sedat Ergin

“Hürriyet” (Türkiyə)24.07.2019

 

Yenixeber.org: Görünür, Qərb dünyasının Rusiyadan hərbi-nəqliyyat təyyarələrilə Ankara yaxınlığındakı “Mürtəd” aviabazasına göndərilmiş hava hücumundan müdafiə sisteminin təsvirlərinin doğurduğu şokdan ayılmağı asan olmayacaq.

NATO-nun indiyədək baş təhlükə saydığı Rusiyanın müdafiə sahəsində NATO üzvü ilə bu qədər sıx işbirliyi böyük qərarsızlıqlar törədib. Və biz deyə bilərik ki, təkrar təkanlar müxtəlif dərəcəli intensivliklə qarşıdakı dönəmdə davam edəcək.

Hamı bu fikirdə ortaqdır ki, Rusiya lideri Vladimir Putin Türkiyəyə S-400 satmaqla həyat önəmli strateji gediş edib. Doğrudan da, o, öncül hava hücumundan  müdafiə sisteminin satışı nəticəsində NATO bazarına nüfuz edərək ölkəsinin bu sahədə potensialını bütün dünyaya effektli şəkildə göstərə bilib.

Lakin daha önəmlidir ki, Qərbdəki nüfuzlu strateqlərin hamısının güman etməyə meylləndiyi kimi, bu addım NATO-da ciddi parçalanma törədib. Alyansın güney cinahında yerləşən və NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyəyə alyansın əsas oyunçusu ABŞ-ın münasibətindəki çatırtılar getdikcə daha ucadan eşidilir. Buna görə də söyləmək yanlış olmazdı ki, Putin nəticədə beynəlxalq arenada öz ölkəsininn nüfuzunu yüksəldib və Rusiyanın genişlənən nüfuz dairəsi haqda anlayışı gücləndirib.

S-400-ün satışı uzunmüddətli perspektivdə Rusiyanın Türkiyəyə baxışını necə dəyişdirəcək? Bu alverdən ruhlanan Kreml gələcəkdə buna ümid edə bilər ki, Türkiyəni tamamilə öz yanına çəkməyə nail ola, bunu etməyə yollar axtara bilər?

***

Bu suala cavab axtarışında Azərbaycanın keçmiş prezidentinin və eyni zamanda Sovetlər Birliyinin Kommunist Partiyası Siyasi Bürosunun keçmiş üzvü Heydər Əliyevin baxışlarına əsaslanıb irəli gedə və Ankara və Moskva arasındakı münasibətlərə tarixi prizmanın içindən baxa bilərik.

Əliyev Siyasi Büro üzvlüyünə qədər kəşfiyyatda mənsəb əldə edib, Sovetlər Birliyinin gizli xidmətində – DTK-da – yüksəkməqamlı vəzifələr tutub və Azərbaycanda bu qurumun sədrliyinədək yüksəlib. Başqa sözlə, Əliyev Sovetlər Birliyi 1991-ci ildə dağılana qədər sistemin mühüm oyunçusu olub.

Həmkarmız Murad Yetkin (Murat Yetkin) 2017-ci ildə çap edilmiş “Maraqlananlar üçün intriqalar” adlı kitabında casusluq dünyasının bütün sirlərini nəzərdən keçirməklə DTK-nın keçmiş başçılarından biri Heydər Əliyevlə xeyli illər qabaq apardığı maraqlı söhbətdən çıxarışları verir.

***

Əliyev 1998-də Bakıda baş tutmuş həmin söhbət zamanı əvvəlcə sual edir: “Türkiyəni tamamilə itirdiyimizi biz haçan anladıq?”

Əlbəttə, o, “biz” deyərkən DTK-dakı müşahidələrindən və keçmiş sovet sistemindən danışır.

Əliyev sonra Moskvanın Türkiyəyə baxışına dərin təsir edən iki hadisəni yada salır.

Birincisi – Türkiyədə 1950-ci ildə hakimiyyətə gəlmiş Demokratik Partiyanın Koreyaya hərbçilər göndərmək qərarıdır. “Beləliklə anladıq ki, siz NATO-ya girə bilərsiniz, – Əliyev deyir. – Girdiniz də (1952). O zaman aydın oldu ki, Türkiyə kapitalist ölkələrinin tərəfinə keçib və Moskvanın təsiri altında olmayacaq”.

Moskvanın qanını qaraldan ikinci hadisə isə Süleyman Dəmirəlin başçılığı ilə azlıq hökumətinin 1980-ci il yanvarın 24-də elan etdiyi və o zaman baş nazirin birinci müavini Turqut Özalın hazırladığı iqtisadi qərar idi. Türkiyə bu qərarlardan sonra bazar iqtisadiyyatına üstünlük verib və dönməzcəsinə Qərb iqtisadiyyatına inteqrasiya yolu ilə gedib. Əliyev Yetkinə deyib: ““24 yanvar” qərarından sonra Türkiyəyə dönməzcəsinə itirilmiş hədəf kimi baxılmağa başlandı”.

Burada açar ifadə “itirilmiş hədəf”dir. Kəşfiyyatın keçmiş əməkdaşı Əliyevin sözlərinə görə, Türkiyə sovet sisteminin, daha doğrusu, Moskvanın gözündə məhz belə görünürdü.

***

Əliyev Türkiyənin Rusiyadan əldə etdiyi S-400 raketlərini sağlığında görə bilmədi. Bununla belə, maraqlıdır, DTK-nın keçmiş rəhbəri bu hadisəni görsəydi, Moskva üçün haçansa “itirilmiş” Türkiyə haqda bu dəfə nə düşünərdi? Köhnə dəyərləndirməsinə yenidən baxmağa ehtiyac duyardımı?

Heç şübhəsiz, Putin Türkiyə ilə münasibətlərdə öz maraqlarını maksimalcasına gerçəkləşdirməyə yollar arayacaq. Əlbəttə, hər bir ölkə hər şeydən əvvəl öz maraqlarını qoruyur. Ankarada qərar alan şəxslər isə bu mümkün hesablamalar qabağında hüdudları cızmalı və Kremli bu münasibətlərin balansında məhz harada saxlayacaqlarını müəyyən etməlidirlər.

Bu sərhəd haradan keçəcək – bu, Türkiyənin xarici siyasətində indi ən çətin məsələlərdən biridir.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam