Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“PUTİN YALAN SÖYLƏYİB!” –Tbilisinin meri

kaxa-kaladze

Tbilisi şəhərinin meri Kaxa Kaladze bəyan edib ki, Gürcüstan-Abxazya-Cənubi Osetiya qarşılıqlı münasibətlərindən danışarkən, Rusiya prezidenti Vladimir Putin əhaliyə yanlış informasiya ötürüb.

Yenixeber.org: Bu barədə «Qruziya Onlayn» portalı xəbər verib.

Kaladzenin sözlərinə görə, prezidentin çıxışında yanlış «fakt»lar yer alıb və Gürcustan hakimiyyəti buna müvafiq reaksiya verməli, 1917-ci il inqilabından sonra Gürcüstanda, Abxaziyada, Cənubi Osetiyada vəziyyətin reallıqda necə olduğunu «gələcək nəsillərə izah etməlidir».

Gürcüstan tərəfin versiyasına görə, 1917-ci il inqilabından sonra, Gürcüstan Demokratik Respublikasının qüvvələri yerli hakimiyyət orqanlarının dəvəti ilə bölgəni bolşeviklərdən və ağ qvardiyaçılardan qorumaq məqsədilə Abxaziyaya daxil olublar. Eyni zamanda, Tbilisi etiraf edir ki, Cənubi Osetiyada bolşevik qiyamı amansızcasına boğulub, ancaq bu zaman Gürcüstan ordusu bolşeviklərin digər bölgələrdəki davranışından sərt davranmayıb.

İyulun 9-da Yekaterinburqda jurnalistlərə müraciət edən Rusiya prezidenti bildirib ki, Almaniya qoşunlarının köməyi ilə Gürcüstan ordusunun 1918-ci ildə Abxaziyanı işğal etməsi faktını yaddan çıxartmaq lazım deyil.

Bundan başqa, Putinin sözlərinə görə, Gürcüstan ordusu 1919-1920-ci illərdə Osetiyada yerli əhali ilə sərt şəkildə davranıb. Rusiya lideri bunu «genosid»lə müqayisə edib. O, xatırladıb ki, İosif Stalinin göstərişi ilə «NKVD» abxazlara qarşı sərt tədbirlər görüb və onların torpaqlarını sovet Gürcüstanının sərəncamına verib.

Məqamındaca, qeyd etmək lazımdır ki, yeri gəldikcə erməni, abxaz, osetin və s. «uydurma genosidi»ndən dəm vuran Rusiya siyasətçiləri, o cümlədən, prezident Putin rusların Qafqazda törətdikləri gerçək çərkəz genosidi barədə susmağa üstünlük verirlər. Bu, Rusiyanın «dərin dövlət» siyasətidir…(azpolitika)

Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam