TÜRKİYƏ “PƏNCƏ”SİNİ “QURD TƏLƏSİ”NƏ UZADIR:PKK-nın lider heyəti bir gecə qəfildən yaxalanacaq - TƏHLİL
Bülent Erandaç
“Takvim”, Türkiyə, 07 iyun 2019-cu il
Yenixeber.org: Türkiyə milli ruhla şahə qalxır. Tarixi genlərini danışdırır. Bir gözümüz vətən torpaqlarında, digər gözümüz yaxın coğrafyada, “Misak-ı Milli”dədir.
“Şimali Suriyada, İraqda nə axtarırıq?” deyən CHP və Kamal Qılıcdaroğluna təkrar xatırladırıq ki, “Misak-ı Milli” sərhədlərimiz Osmanlı Təmsilçilər Məclisinin 28 yanvar 1920-ci ildə keçirilən qapalı toplantısında qəbul edilib. Mustafa Kamal Atatürk 1 may 1920-ci il tarixdəki ilk Məclis çıxışında “Misak-ı Milli” sərhədlərimizi müəyyən edib: “Sərhəd İsgəndərun körfəzinin cənubundan, Antakyadan başlayıb Hələblə Katma stansiyası arasında olan Cerablus körpüsünün cənubundan keçərək, Fərat çayına çatır. Oradan Deyr əz-Zora enir, oradan da şərqə doğru uzanaraq Mosul, Kərkük və Süleymaniyyəni içinə alır”.
Suriyada keçirilən “Fərat qalxanı” və İraqda keçirilən “Dəclə Pəncəsi” əməliyyatları “Misak-ı Milli” xəritəsinin ruhuna uyğundur. Əsrlərdir Türkiyədə olan Kərkük hissiyyatı kürdlərdə də “Türk-Kürd Federasiyası”nın bir parçası olaraq mövcuddur. Mustafa Kamal paşa “Misak-ı Milli” sərhədlərini müəyyən edərkən “Bu sərhəd ordumuz tərəfindən silahla müdafiə olunan, eyni zamanda türk və kürd ünsürlərlə məskunlaşan vətən parçasıdır” demişdir. Mustafa Kamalın bu sözlərindən də görünür ki, Kərkük və Mosul hissiyyatı türklərdə olduğu kimi, kürdlərdə də mövcuddur.
Prezident Rəcəb Tayyib Ərdoğanın başlatdığı millilik səfərbərliyi bütün sürətilə davam edir. 15 iyul sonrası bir reallıq qarşımızdadır. “Dərin ABŞ-Avropa”nın kapilyar damarlarımızadık soxduğu FETÖ quyruqları, qurumlarımıza sızmış PKK uzantıları təmizlənir. Dövlətimiz yenidən qurulur. Prezident Rəcəb Tayyib Ərdoğanın qərarlı duruşu, müstəqil Türkiyə bayrağını dalğalandırma həyəcanı nəticə verir.
Baxın, Milli Ordu və Milli Kəşfiyyatımızın XXI əsrə yönəlik geopolitik və geostrateji həmlələri bir-birini təqib edir.
FETÖ-nün 15 iyul çevriliş cəhdi zamanı ordumuz üzərində müxtəlif oyunlar oynanarkən Prezident Ərdoğan “Suriyanın şimalında, bizim də cənubumuzda bir terror dəhlizinin yaradılmasına qəti şəkildə izin verməyəcəyik” deyərək təlimat verdi və 24 avqustda Milli Ordu və Milli Kəşfiyyatımız dünyanı təəccübləndirəcək “Fərat Qalxanı” əməliyyatını başlatdı. Dəstəklədiyi Azad Suriya Ordusunun (ASO) qüvvələrilə birlikdə İŞİD-i bu bölgədən təmizləməyə girişdi. ABŞ-İsrail dəhlizinin ayağını kəsdik. “Dərin ABŞ”ın oyuncaq PKK dövlətciyini qurmasına imkan vermədik.
Hazırda Milli Ordu və Milli Kəşfiyyatımız İraqın şimalında terror yuvalarına yönəlik “Pəncə” hərəkatı (“Dəclə Pəncəsi”) həyata keçirir. Bu hərəkatın önəmi ondadır ki, PKK-dan təmizlənən bölgənin aşağısında Kandil yerləşir. PKK terror təşkilatının Türkiyəyə sızmalar həyata keçirmək üçün istifadə etdiyi əsas keçid vadiləri və dəhlizləri burada yerləşir.
Sıx koordinasiya şəraitində davam etdirilən prosesin bir ayağı da var. Sənədlərlə müəyyən edilmiş “Dərin ABŞ-MKİ”aləti olan PKK-nın Kandildəki lider heyətinə qarşı “Qurd tələsi” qurulur.
Nəticədə, Milli Ordu və Milli Kəşfiyyatımız PKK-PYD sıralarında psixoloji çöküş, panika yaradır, taktiki məqsədlə PKK-nın İraq-Suriya keçişləri minimuma endirilir.
“Dərin ABŞ-MKİ-Avropa”nın bəslədiyi PKK-nın lider heyəti bir gecə qəfildən tələyə düşəcək.
Prezident Rəcəb Tayyib Ərdoğanın millilik və yerlilik ruhuna uyğun olaraq, “Fərat qalxanı” və “Pəncə”əməliyyatlarında yerli və milli olan toplarımız, vertolyotlarımız istifadə olunub.
Yeni dünya nizamı qurularkən, dünyamız yeni qlobal qüvvələr balansına doğru gedərkən ABŞ-Avropa vektorunun nəfəsinin tükəndiyi bir vaxtda başını Çin, Rusiya və Türkiyənin çəkdiyi yeni qlobal vektorun hər keçən gün güclənməsi Allahın əziz millətimizə bir lütfüdür.Tərcümə: Strateq.az