Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“1923-cü ilin psixologiyası ilə hərəkət edə bilmərik”

page_murat-belge-erdogan-sanki-ataturkle-yolundan-rayindan-cikmis-bir-seyi-dogru-yoluna-geri-getiriyor_448052131

 

“2016-cı ildə 1923-cü ilin psixologiyası ilə hərəkət edə bilmərik. Ərazi baxımdan 20 milyon kvadrat kilometrdən 780 min kvadrat kilometrə düşdük. Biz o tarixdəki mövqeyimizi qorumaq xatirinə qorumamalıyıq”.

Xeberinfo.com:   “Haber7″yə istinadən xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli icra hakimiyyəti başçılarının 28-ci toplantısında bildirib.

“Osmanlı elə bir dövlət idi ki, o nəhəngin çökməsi millətin üzərində dərin maddi və mənəvi yük oldu. 1914-cü ildə 2,5 milyon kv.km-lik ərazimiz 9 il sonra 780 min kv.km-ə düşdü. Qurtuluş savaşına gedəndə hədəf Misak-i Miliyə sahib cıxmaq idi…
Təqlidçi bir insan deyil, araşdıran, sorğulayan bir gənclik istəyirik. Mən gəncliyimizi eşşək arısı kimi deyil, bal arısı kimi görmək istəyirəm. Qoy, bal hasil etsin və bütün insanlıq ondan yararlansın”, – deyə Türkiyə prezidenti bölgədə baş verən hadisələrə münasibət bildirərkən vurğulayıb.
R.T.Ərdoğan Türkiyə hərbçilərinin Mosulun azad olunması əməliyyatlında iştirak edəcəyini söyləyib: “Hava əməliyyatında iştirak etmək üçün ABŞ-la razılıq əldə olunub. Başqa məsələlərlə bağlı da irəliləyişə nail olacağıq”.
Türkiyə prezidenti rusiyalı həmkarı Vladimir Putinlə Suriyanın Hələb şəhərindəki vəziyyəti müzakirə etdiyinin də söyləyib.
Qeyd edək ki, Misak-i Milli indiki türkcədə milli and deməkdir. 1920-ci ildə türk qurtuluş savaşının siyasi manifesti olan Misak-ı Milli 6 maddədən ibarət bildirişdir. Bu sənəd 1920-ci il yanvarın 28-də Mustafa Kamal Atatürk tərəfindən hazırlanan bir sənəddir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam