Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Mixail Zabelin:“Nəyə görə Avropa Rusiyaya qarşı sanksiya tətbiq edir, amma Ermənistana..."

“Nəyə görə Avropa Rusiyaya qarşı sanksiya tətbiq edir, amma bunu Ermənistana qarşı tətbiq etmir? Xahiş edirəm, bunu kimsə izah etsin”.

Yenixeber.org: Bunu Bakıda keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Azərbaycan parlamentinin deputatı, Azərbaycanın Rus İcmasının sədri Mixail Zabelin deyib.

Polşalı politoloqYanuş Nedzvetskiy suala belə cavab verib: “Bilmirlər ki, Ermənistan Dağlıq Qarabağ da tarixi abidələri dağıdıb. Düşünürəm, onlar əvvəlcə bundan məlumatlı olmalıdırlar. Dağlıq Qarabağ münaqişəsi çox mürəkkəb prosesdir. Bu faktın çatdırılması üçün əvvəlcə kiçik şeylərdən başlamaq lazımdır. Məsələn, abidələrin dağıdılması faktı qabardıla bilər”.

Bolqarıstan parlamentinin üzvü Rumen Qoçev isə çıxışında qeyd edib ki, bu məsələ ilə bağlı mərhələli addımlar atılmalıdır: “Gözləyirsinizsə ki, Avropa sizin probleminizi həll edəcək, gözləməli olacaqsınız. Bunun üçün əməkdaşlıq münasibətləri daha gücləndirilməlidir. Bolqarıstan olaraq həm Azərbaycanla, həm də Ermənistanla normal münasibətlərimiz var”.

Azərbaycan Milli Məclisinin Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ədalətin tərəfdarıdır: “Sülh olmazdan öncə, ədalət lazımdır. Tutaq ki, Ermənistanla Dağlıq Qarabağ münaqişəsi həll edilmədən sülh bağlamaq, iqtisadi əməkdaşlıq etmək olar. Bəs əhali necə olsun? Ona görə bu mümkün deyil, ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün bərpası təmin edilməlidir”. (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam