Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Nümayəndə heyətinin rəhbəri:"Heç kəs Azərbaycanı Avropa Şurasından uzaqlaşdıra bilməz"

 

“AŞPA-nın tərkibində İstintaq Qrupu yaradılıb. Bizim buna münasibətimiz mənfi olmuşdu. Həmin qrup hesabatını açıqladı, orada olanların 99 faizi Azərbaycanla bağlı idi. Orada gedən proseslər şəffaf deyil”


Yenixeber.org:  Bunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidovkeçirdiyi mətbuat konfransında AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.
O qeyd edib ki, həmin qurumda Ermənistana münasibət fərqlidir: “Necə olur ki, Ermənistandakı keçmiş rejimlə bağlı müsbət fikir ifadə edirdilər. Amma Ermənistan xalqı həmin rejimi tarixin zibilliyinə atdı. Avropa Şurasının içində sağlam qüvvələr var. Amma bəzi şəxslər qərəzlə çıxış edirlər. Onlar Azərbaycanı Avropa Şurasından uzaqlaşdırmaq istəyirlər”.
S.Seyidov qeyd edib ki, heç kəs Azərbaycanı həmin qurumdan uzaqlaşdıra bilməz: "Qəbul olunmuş sanksiya bizə məhdudiyyət qoya bilməz. Yəni, bu sanksiya Dağlıq Qarabağ probleminin orada qaldırılmasına əngəl ola bilməz”. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam