Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Paşinyandan şok iddia: Bakı ümidləri doğrultmadı -Video

 

Azərbaycan tərəfi Qarabağ konfliktinin həlli ilə bağlı danışıqlar çərçivəsində ümidləri doğrultmadı.

Yenixeber.org: Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Parlamentinin Xarici İşlər Komitəsinin iclasında çıxışı zamanı deyib.

“Qarabağa gəlincə isə onu qeyd etmək vacibdir ki, konfliktin hərbi həlli ola bilməz. Biz gərək sülhlə həll üçün atmosfer yaradaq. Bizim hakimiyyət bunun üzərində çalışır. Sentyabrda mən bizim parlamentdə görünməmiş bəyanat səsləndirib dedim ki, istənilən qərar Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün qəbul edilən olmalıdır”, – deyə o bildirib.

Paşinyan həmçinin bu bəyanatından sonra Azərbaycan tərəfindən oxşar açıqlama gözlədiyini söyləyib:

“Təəssüf edirəm ki, bu ümidlərim gerçəkləşmədi. Əksinə, biz Azərbaycandan konflikti Dağlıq Qarabağ əhalisinin maraqlarını nəzərə almadan hərbi yolla həll etməklə bağlı daimi təhdidlər eşidirik. Biz Azərbaycanı dialoq qurmağa məcbur etməliyik”.

Qeyd edək ki, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın ilk təzadlı fikri deyil. Bir-birini təkzib edən bəyanatları ilə vaxtaşırı gündəmə gələn Paşinyan əslində sülh danışıqlarında “Dağlıq Qarabağın iştirakı” bəhanəsi ilə uzun müddətdir ki, prosesi dalana dirəyib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam