Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

İrandan Ermənistana QƏTİ XƏBƏRDARLIQ:Buna son qoyun!

 

İrandan Ermənistana QƏTİ XƏBƏRDARLIQ: Buna son qoyun!

Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı iclasında iştirak edən İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani Ermənistan parlamentinin sədri Ararat Mirzoyan ilə görüşüb.

Yenixeber.org: Görüşdə İran parlamentinin sədri Araz çayını çirkləndirdiyinə görə Ermənistana ciddi iradını bildirib. Əli Laricani diqqətə çatdırıb ki, Ermənistan hökuməti ekoloji problemləri diqqətdə saxlamalı və Araz çayına çirkab suların axıdılmasına son qoymalıdır. İran parlamentinin sədri bildirib ki, çayın çirkləndirilməsi ekoloji problem yaratmaqla yanaşı, İranın kənd təsərrüfatına da ziyan vurur.

Ermənistan parlamenti sədrinin diqqətinə çatdırılıb ki, ümumi istifadədə olan Araz çayının çirkləndirilməsi beynəlxalq qanuna və normalara ziddir. Rəsmi Yerevandan qəti şəkildə tələb olunub ki, Araz çayının çirkləndirilməsi məsələsi aradan qaldırılsın.(azertac)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam