Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

İrandan Ermənistana xəbərdarlıq

 

65120

Ermənilərin Araz çayını çirkləndirməsi getdikcə çoxalır

"Xeberinfo.com": İran Arazın suyunun çirklənməsinin qarşısını almaq üçün Ermənistana xəbərdarlıq edib.

ANS TV-nin məlumatına görə, Türkiyə, İran, Azərbaycan və Ermənistan ərazisindən keçən transsərhəd çay olan Arazın ekoloji problemləri son illər ciddi müzakirə mövzusuna çevrilib. Ermənistanın bu çayın suyunu həddindən artıq çirkləndirməsi Azərbaycanla yanaşı, artıq İranda da ciddi narazılığa səbəb olub.

İranın Ətraf Mühit və Ekologiyanı Mühafizə Təşkilatının sədri Məsumə Ebtikar Arazın suyunun kimyəvi çirklənməsinin qarşısını almaq üçün Ermənistana yenidən xəbərdarlıq edib.

“Biz Ermənistanla Araz çayının çirkləndiricilərinin davamlı formada ölçülməsi barədə müştərək bir anlaşma sənədi imzalamışıq. Bu ölkənin öz üzərinə öhdəlik götürməsini istəmişdik. Amma araşdırmalardan aydın olur ki, bu çirkləndirmələr hələ də davam edir. Vəziyyət ciddi şəkildə təhlükə yaradıb və biz bu məsələnin tezliklə həll olunmasını istəyirik. Ermənistan bu çirklənmənin almalı və çayın təmizlənməsinə çalışmalıdır”, – deyə təşkilat sədri qeyd etdi.

Hələ bu yaxınlarda Ermənistan ekologiya nazirinin İrana səfəri zamanı Araz çayının ekoloji təmizliyi məsələsi müzakirə edilmiş və Ermənistanın bu baxımdan məsuliyyətini dərk etməsi bildirilmişdi. İranın Enerji naziri Araz çayı yaxınlığında Ermənistana məxsus Mis zavodunun çirklənmədə böyük rol oynadığını söyləmiş. Bu zavodda tullantıların zərərsizləşdirilməsi üçün nəzərdə tutulan təmizləyici cihazların işə salınmadığını diqqətə çatdırmışdı. Amma görünür yalnız öz maraqlarını və gəlirini düşünən bu ölkə çayın keçdiyi qonşu ölkələrin vəziyyətindən heç də narahat deyil.

Azərbaycanda olduğu kimi, İranda da Araz çayı böyük suvarma və hidroenerji əhəmiyyət kəsb edir. Bu baxımdan rəsmi Tehran Arazın suyunun ekoloji təmizliyi problemini daim diqqət mərkəzində saxlayır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam