Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

Rusiya üçün 2-ci “Cəhənnəm sanksiyaları” -Konqres Trampa ultimatum verdi 

 

  

ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaların növbəti zərfinin qüvvəyə minmə müddətini qısaldıb.

Yenixeber.org: BBC xəbər verir ki, ABŞ Konqresi senatorların iki həftə əvvəl haqqında danışdıqları “ABŞ-ın təhlükəsizliyinin Kreml təcavüzündən müdafiəsi haqqında” qanun layihəsini dərc edib.

Layihə ilk dəfə ötən ilin avqustunda açıqlanan “Cəhənnəm sanksiyaları”nın ikinci və kəskin versiyasıdır.

Hələ o zaman məlum olmuşdu ki, layihədə Rusiyanın dövlət borcları ilə bağlı əməliyyatların keçirilməsi, Rusiyada neft yataqlarının işlənməsi, Rusiyanın xarici ölkələrdə enerji layihələrinə investisiya yatırılması, o cümlədən “Putinin maraqlarına xidmət edən və başqa ölkələrdə demokratik təsisatların sıradan çıxarılmasında iştirakı olan” Rusiya banklarına qarşı müddəalar yer alıb.

Maraqlıdır ki, sözügedən sənəddə ABŞ prezidentinin həmin sanksiyaları təsdiqləmək üçün müddət 90 gündən 60 günə qədər azaldılıb. Sanksiyalar isə qanunun təsdiqlənməsindən sonra 90 gün ərzində qüvvəyə minməlidir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam