Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

ABŞ rial və lirənin ardınınca rublu da çökdürür-"Bizə qarşı əjdahasayağı sanksiyalar hazırlanır..."

 

ABŞ Rusiyaya qarşı heç bir izahat vermədən və detalları açıqlamadan yeni sərt sanksiyalar tətbiq edib. Rusiyanın Vaşinqtondakı səfirliyi bəyanat yayaraq sanksiyaların “əjdahasayağı oldğunu” bildirib.

Yenixeber.org: “Avqustun 8-də bizim səfirliyin müşavirinə Dövlət Departamentində Rusiyanın Solsberidə Böyük Britaniya vətəndaşlarına qarşı “Noviçok” qazından istifadə etdiyi barədə uydurma bəhanələrlə yeni “əjdahasayağı” sanksiyaları elan ediblər. Hər hansı fakt və ya sübut təqdim edilməyib. Dəqiqləşdirici suala Amerika tərəfi məxfiliyi əsas gətirərək heç bir izahat verməyib”-səfirliyin bəyanatında bildirilir.

Bundan əvvəl ABŞ Dövlət Departamenti elan edib ki, avqustun 22-dən etibarən Moskvaya qarşı Rusiyanın Solsberidə kimyəvi silahdan istifadə etməsinə cavab olaraq yeni sanksiyalar qüvvəyə minəcək.Sanksiyaların detalları barədə açıqlama verilməyib. Amma xəbər verilir ki, qadağaların birinci mərhələsi Rusiyaya ikili təyinatlı malların təchizatına aidir. 90 gün sonra qüvvəyə minəcək ikinci dalğada isə Rusiya aviaşirkətlərinin ABŞ-a uçuşlarının dayandırılması, Birləşmiş Ştatlardan Rusiyaya ixracın demək olar kəsilməsi nəzərdə tutulur.

ABŞ-ın qəfildən Rusiyaya qarşı yeni sərt sanksiyalar barədə qərarı elan etməsindən əvvəl bir qrup nüfuzlu senator Konqresə Moskvaya qarşı daha bir sanksiya paketinə dair qanun layihəsi təqdim etmişdilər. Bu qanun layihəsində Rusiyanın dövlət borclarının alınmasına qadağadan tutmuş bir sıra sərt məhdudiyyətlərə dair təkliflər yer alır.

ABŞ-ın yeni sanksiyaları barədə xəbərlər Rusiya rublunun məzənnəsinin kəskin aşağı düşməsinə səbəb olub. Dünən günün ikinci yarısından etibarən rubl çökməyə başlayıb və 2016-cı ilin payızından bəri ən aşağı məzənnəyə enib. Hazırda 1 ABŞ dolları birjalarda 65.2 rubla satılır. Bu, rublun bir gündə 2 bənd ucuzlaşması deməkdir. Gözlənilir ki, rublun çökməsi bu gün də davam edəcək.

Qeyd edək ki, ABŞ-ın sanksiyalarına görə digər qonşu ölkələrdə-İran və Türkiyədə də milli valyutaların sürətlə ucuzlaması baş verir. ABŞ-ın İranla nüvə razılaşmasından çıxacağı haqda bu ilin aprelində xəbərlərin yayılmasından sonra rial sürətlə ucuzlaşmağa başladı. Avqustun 7-də ABŞ-ın sanksiyalarının rəsmən qüvvəyə minməsinə qədər İran milli valyutası iki dəfədən çox dəyərdən düşmüşdü.

Türkiyədə də ABŞ-la münasibətlərdə neçə vaxtdır yaşanan gərginliyə görə lirənin sürətlə ucuzlaşması baş verməkdədir. Bu gərginlik ölkədən kapital axınını sürtləndirib, invesotları yatırım qoymaqdan çəkindirib və iqtisadi göstəricilərin pisləşməsinə səbəb olub. Hazırda 1 ABŞ dolları 5.3 Türkiyə lirəsinə satılır, lirə az qala hər gün ucuzlaşır.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam