Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya mətbuatından Azərbaycanla bağlı şok iddia

 

Vəfa Quluzadə: «Düşünmürəm ki, Rusiya dondurulmuş münaqişələri hazırkı dönəmdə yenidən alovlandırsın, çünki, bunun daha böyük ziyanı Kremlə dəyə bilər»

 "Xeberinfo.com": Ukraynada baş verən proseslər davam etdikcə, Rusiya mətbuatında Qərbə yönəlik informasiyalar geniş yayılmaqdadır. “Ukrayna üzrə beynəlxalq konfransın keçirilməsi variantı dondurulmuş münaqişələr olan Dnestryanı və Dağlıq Qarabağ üçün hipotetik nümunəyə gətirib çıxara bilər”.

Bu məsələlərə Rusiyanın nüfuzlu “Nezavismaya qazeta” nəşrində toxunulub. Nəşr yazır ki, hazırki proseslər yaxşı gələcək vəd etmir: “Hadisələr Rusiya və NATO arasında münaqişənin böyüməsinin neqativ ssenarisi üzrə inkişaf edir. Ekspertlər bunu tez-tez soyuq müharibə ilə müqayisə edirlər. Lakin bu, tamamilə belə deyil. NATO-nun Şərqə doğru genişlənməsi Baltik-Qara dəniz hövzəsində münaqişə sistemini dirçəldə bilər. Beləliklə, Moskva və Vaşinqtonun rəqabəti Finlandiyadan başlayaraq Gürcüstan və Azərbaycana qədər olan ərazini əhatə edəcək”.

“Nezavisimaya qazeta” qeyd edib ki, Ukrayna münaqişəsini doğuran Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı ərazilərin yenidən bölünməsinə aparır. “Tanınmamış separatçı rejimlər ətrafında münaqişənin donu açıla, yaxud onlar ”qismən tanınmış" statusu ala bilər. Bura Dnestryanı, Abxaziya, Cənubi Osetiya, Dağlıq Qarabağ və son zamanlar ortaya çıxan Novorossiya daxil edilə bilər. Eyni zamanda, Rusiya və NATO-nun Baltik-Qara dəniz regionunda hərbi infrastruktura var. Demək çətindir ki, münaqişənin böyüməsi nəticəsində regionda hərbi əməliyyatlar keçirilməyəcək", - rus nəşr proseslərlə bağlı proqnoz verir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam