Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Qara qitə”də baş vermiş qaranlıq hadisə:Martini Orxan Camalın qrupuna kimin calaşdırdığı üzə çıxdı

Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş 3 Rusiya jurnalistini, o cümlədən azərbaycanlı Orxan Camalı özünü “Martin” kimi tanıtmış müəmmalı koordinatorla calaşdıran “Vagnerin ordusu” nun sponsoruna bağlı agentliyin Suriya müxbiri olub. virtualaz.org xəbər verir ki, bu haqda “Meduza” yazır.

Yenixeber.org: Jurnalistlər Orxan Camal, Aleksandr Rastorquyev və Aleksandr Rastorquyev Mərkəzi Afrika Respublikasına “Vagnerin ordusu” kimi tanınan Rusiya özəl hərbi şirkətinin fəaliyyətini, habelə şirkətin sponsoru kimi tanınan oliqarx Yevgeni Priqojinin qızıl, almaz biznesini araşdırmaq üçün getmişdi. Onlar iyulun 28-də MAR-ın paytaxtı Banqiyə çatıblar. Ertəsi gün “Vagnerin ordusu”nun bazasına daxil olmağa çalışıblar, amma mümkün olmayıb.

İyulun 30-da onlar MAR-da “Vagnerin ordusu”nun fəaliyyəti və Priqojinin şirkətinin qızıl yatağı barədə çəkiliş aparmağa kömək etməyə razılaşan, özünü BMT missiyasının (MİNUSCO) əməkdaşı kimi qələmə verən Martin adlı əlaqələndirici ilə görüşmək üçün paytaxtdan 400 kilometr məsafədə yerləşən Bambari şəhərinə yollanıblar. Lakin Sibyu şəhərinə çatanda gecə saatlarında yolu dəyişiblər və tamam başqa istiqamətə-Kaqa-Bandoro şəhərinə tərəf gediblər. Və yolda naməlum silahlı qrup tərəfindən öldürülüblər. Hadisədən sonra Martinlə əlaqə yaratmaq mümkün olmayıb, BMT missiyası isə belə adda əməkdaşlarının olmadığını bildirib.

Orxan Camalın qrupunun MAR-a ezamiyyətini dəstəkləyən “Təhqiqatların idarə edilməsi Mərkəzi” (Mixail Xodorkovski maliyyələşdirir) bildirib ki, jurnalistlərə sürücünü məhz Martin təşkil edib. Sürücü hadisədən sağ çıxıb, bir-iki gün Banqidə xəstəxanada saxlanılıb, hazırda yeri məlum deyil.

Məlum olub ki, həmin müəmmalı Martinlə Orxan Camalın qrupunu calaşdıran “Federal Xəbərlər Agentliyi” (FAN) adlı internet-nəşrin müxbiri Kiril Romanovskidir. Romanovski əvvəlcə bildirib ki, Rusiya İstintaq Komitəsinin MAR-da jurnalistlərin qətlini araşdıran istintaq qrupu, habelə öldürülənlərin yaxınları ilə ünsiyyətdə olub. Amma həlak olan jurnalistlərlə və Martinlə ünsiyyəti barədə danışmaq istəmir. O habelə bildirib ki, İstintaq Komitəsinə Martinlə Rastorquyev arasında yazışmanın saxlanıldığı telefonu bərpa etməyə söz verib. Romanovski deyib ki, müstəqil reportyorlar qrupu ilə hadisəni araşdırmaq üçün MAR-a getməyə hazırdır.

Romanovskinin dediyinə görə nə vaxtsa bundan əvvəl Aleksandr Rastorquyev onunla ümumi tanışlardan biri vasitəsilə əlaqə yaradıb və kürd mövzusu ilə maraqlandığını deyib. Romanovski və Rastorquyev görüşüblər, görüşdə başqa jurnalistlər də olub, amma onların arasında nə Orxan Camal, nə Radçenko yox idi. Amma görüş nə vaxt olub, Romanovski bunu demir, “istintaq sirri” ilə əsaslandırır.

Romanovski deyir ki, Suriyada kürdlərin vəziyyəti barədə söhbətdən sonra söhbət “prinsipcə Afrikadan başı çıxan birini tapmaq” barədə gedib. Bu vaxt jurnalist Rastorquyevi və həmkarını BMT-nin Afrika missiyasında işləyən Martinlə calaşdırıb.

“Əvvəlcə Martinin haqqında fikser olaraq mənim tərəfindəm heç bir söhbət getmədi. Sonradan onlar özü Martini fikser kimi müəyyən etdilər və həmin məsələ barədə fəal danışıqlar apardılar. Mən bu yazışmada iştirak etməmişəm”-Romanovski deyib.

Jurnalist bildirib ki, Martin onun tanışıdır və lap çoxdandır görüşmürdülər. Lakin Rastorquyevlə görüş ərəfəsində “təsadüfən” onların təmasları bərpa edilib. Romanovski başqa təfərrüatları danışmaq istəməyib, Martinin familiyasını da unutduğunu deyib.

Ötən il RBC agentliyinin araşdırmasında deyilirdi ki, FAN “trollar fabriki” ilə bağlı saytdır və onu Yevgeni Priqojin maliyyələşdirə bilər. Bu agentliyin Suriyada “Vagnerin ordusu”nun himayəsində işlədiyi haqda məlumatlar var.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam