Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

“Bəzi müxalifətçilər ermənilərə xidmət edir”





“Azərbaycanı dünyada gözdən salmaq istəyən bəzi müxalifətçilər erməni çörəyi yeyiblər, ermənilərə də xidmət edirlər”.
   "Xeberinfo.com": Bunu Trend-ə hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, erməni lobbisinin təsiri altında Azərbaycanda yalandan insan hüquqları və QHT adı ilə fəaliyyət göstərən ABŞ-ın bir sıra institutları, QHT-ləri Azərbaycanla Birləşmiş Ştatların münasibətlərinin korlanmasına çalışırlar: "Azərbaycandakı həmin müxalifətçilər, QHT-lər erməni lobbisi vasitəsilə aldıqları vəsait hesabına antiazərbaycan işi, dövlətin, xalqın əleyhinə iş aparırlar. Bu işi aparanlardan bir hissəsi məsuliyyətə cəlb olunub, digər hissəsi isə demək olar ki, siyasi partiya və QHT pərdəsi altında və ya mətbuat orqanları vasitəsilə fəaliyyətlərini davam etdirirlər. 

Həmin adamlara, o cümlədən AXCP-nin sədri Əli Kərimliyə sual oluna bilər ki, sizin hakimiyyətiniz dövründə Azərbaycana qarşı 907-ci maddəyə düzəliş olunmadımı. Guya Azərbaycan Ermənistanı blokadaya alıb. Halbuki Ermənistan Naxçıvanı blokadaya almışdı. Bu gunə qədər müxalifətin xarici siyasətdə buraxdığı səhvləri düzəltməyə çalışırıq. Çünki yönsüz, yöndəmsiz, bisavad xarici siyasətləri nəticəsində bütün ətraf qonşuları Azərbaycana düşmən etmişdilər".

Deputatın sözlərinə görə, bu gün Azərbaycan kifayət qədər balanslaşdırılmış xarici siyasət aparır: 

"Həqiqəti görənlər, həqiqi demokratlar bu məsələni dəstəkləyirlər".

S.Novruzov hesab edir ki, bir sıra Avropa təşkilatları, o cümlədən Avropa Parlamenti riyakarlıq, ikiüzlülük və saxtakarlıqla məşğuldur: 

"Azərbaycana heç bir müraciət göndərmədən yalandan deyirlər ki, biz Azərbaycana bir qrup göndərmək istəyirik, Azərbaycan isə etiraz edir. Nə Azərbaycan hökumətinə, nə də Azərbaycan parlamentinə belə bir məktub daxil olub. Bu, sırf Azərbaycanda olan ictimai-siyasi sabitliyi və Azərbaycanın iqtisadi inkişafını, Azərbaycanın regionda söz sahibi olmasını gözü götürməməkdən irəli gəlir. Biz bu cür daxili və xarici qüvvələrə qarşı qəti şəkildə öz mübarizəmizi davam etdiririk". 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam