Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Amerika-Azərbaycan İşçi qrupu nə ilə məşğul olacaq?

 

Əgər insan hüquqları, demokratiya və vətəndaş cəmiyyəti sahəsində dialoq üzrə Amerika-Azərbaycan komissiyası yaradılarsa bu, Azərbaycan əleyhinə informasiya yayan bəzi ABŞ təşkilatlarının məlumatlarının yalan olduğunu üzə çıxarar

"Xeberinfo.com":  Məlumata görə, bunu "Turan"-a hakim Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, parlamentin deputatı Siyavuş Novruzov deyib.
O, komissiyanın gələcək funksiyasını belə görür. Xatırladaq ki, bu komissiya barədə fikri ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland ötən gün Bakıda söyləyib.
S.Novruzovun sözlərinə görə, ABŞ-da fəaliyyət göstərən "Human Rights Wаtch", "Frеedom House" və digər belə təşkilatlar Azərbaycan haqda yalan məlumatlar yayırlar.
“Bu təşkilatların rəhbərliklərində erməni əsilli adamlar çoxdur. Onlar erməni lobbisinin dəstəyilə Konqres və Senatda Azərbaycan haqqında mənfi fikirlər formalaşdırırlar. Bütün bunlar Amerikanın maraqlarına ziddir və bu komissiya Azərbaycan haqda həqiqətləri yayaraq bu cür halların qarşısını almalıdır”, - S.Novruzov qeyd edib.
Öz növbəsində Demokratik İslahatlar Partiyasının rəhbəri, deputat Asim Mollazadə bildirib ki, bu cür İşçi qrupu artıq yaradılıb və Avropa Şurası ilə işləyir.
“Qrupa hökumət, parlament, QHT və hüquq-müdafiə təşkilatlarının nümayəndələri daxildir. Avropa Şurası və Avropa Parlamenti ilə bu cür əməkdaşlıq var və ABŞ ilə də belə qrupun fəaliyyətini normal hesab edirəm”, - A.Mollazadə vurğulayıb.
O, Nulandın qeyd etdiyi kimi, vətəndaş cəmiyyəti, demokratiya, insan hüquqları, media azadlığı məsələləri üzrə dialoqa inanır.
“İnanıram ki, bu qrup Amerika-Azərbaycan münasibətlərinin inkişafına xidmət edəcək. Demokratiya və insan hüquqları sahəsində əməkdaşlığa ehtiyac var və bu, mümkündür”, - A.Mollazadə qeyd edib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam