Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Trampın emissarı sabah Bakıya Moskvadan gələcək- mühüm gözlənti

Boltonun Bakı, Moskva və İrəvanda verəcəyi əsas mesaj; Qarabağ da diqqətdə; səfər öncəsi İrəvan ABŞ-ı qəzəbləndirən demarş etdi: Amerikanın Ermənistana yetərli maraq göstərmədiyindən gileylənən Paşinyan... İrana reverans elədi

Yenixeber.org: Dünən ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Moskvaya gəlib. “RİA Novosti”nin məlumatına görə, Boltonun səfər zamanı Rusiya prezidenti Vladimir Putin, xarici işlər naziri Sergey Lavrov və Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ilə görüşləri planlaşdırılırdı. Trampın adamının Rusiyadan sonra oktyabrın 24-də Azərbaycana gələcəyi, daha sonra isə Ermənistana və Gürcüstana gedəcəyi gözlənilir.

Amerika xarici siyasətinin “qırğıları”ndan olan Boltonun Rusiya və Güney Qafqaza səfərində əsas gündəlik təxminən bəllidir: təhlükəsizlik məsələləri, Suriya (Yaxın Şərq) mövzusu və İrana qarşı sanksiyalar. Bakıda Dağlıq Qarabağ məsələsinin də müzakirə predmeti olacağı istisna olunmur.

Trampın emissarı üç Qafqaz ölkəsinin ilk növbədə İrana qarşı sanksiyalarla bağlı mövqeyini öyrənəcək. Onlara rəsmi Vaşinqtonun mövqeyini və ismarışlarını çatdıracaq. Bir çox rusiyalı təhlilçilər Boltonun bölgəyə səfərindən konkret olaraq, Rusiya üçün yaxşı bir şey gözlənilmədiyini vurğulayıblar...

*****

“ABŞ çoxdan Gürcüstanla NATO arasındakı alyansdan istifadə edərək, öz hərbi gəmilərini Qara dənizə dislokasiya etmək istəyir”. Bunu nyus.am saytına açıqlamasında rusiyalı politoloq Sergey Markedonov Boltonun səfərindən danışarkən deyib.

John Bolton ile ilgili görsel sonucu

Onun sözlərinə görə, Vaşinqton Türkiyənin şərqində öz hərbçilərini yerləşdirmək üçün bazalar yaratmaq və bunun üçün bir neçə türk limanını tələb eləmək niyyətindədir. “Hadisələrin belə gedişi Cənubi Qafqazdakı situasiyanı dəyişə bilər. Bu regionda bir sıra amerikalı ekspertlərin fikrincə, ABŞ öz təsirini itirməyə başlayıb. Buna səbəb Vaşinqtonun regiona marağını itirməsidir” - ekspert qeyd edib.

Markedonov həmçinin Bakının öz qlobal enerji layihələrini həyata keçirərkən hər zaman Vaşinqtonla əməkdaşlıq etdiyini bildirib. O, Boltonun Azərbaycana Dağlıq Qarabağla bağlı hansısa yeni ideyalar təklif edəcəyini söyləyib: “Bolton yaxşı anlayır ki, İrəvanı KTMT-nin əlindən dərhal almaq mümkün olmayacaq. Hələlik, o, Cənubi Qafqaza buradakı ölkələrin növbəti siyasi kursunu öyrənmək və İran məsələsi ilə bağlı daha detallı mövqelərini eşitmək üçün gəlir”.

*****

Con Boltonun Moskvadan sonra Gürcüstanı deyil, Azərbaycanı tərcih etməsi də müəyyən mənada ölkəmizin regionda strateji önəminə və yerinə verilən dəyər hesab olunmalıdır. Həmçinin bu, Ağ Evin Moskvadan sonra “saat əqrəblərini” məhz Bakı ilə tutuşdurmaq istəyi kimi şərh oluna bilər.

Doğrudur, Bakı Tiflisdən fərqli olaraq, birmənalı qərbyönlü kurs aparmır, xarici siyasətdə balansa üstünlük verir. Bununla belə, Azərbaycan Ermənistandan fərqli olaraq müstəqil siyasət yürüdür, bölgədə öz sözünün ağasıdır və Qərb üçün mühüm energetik əhəmiyyətə malikdir.

John Bolton Russia ile ilgili görsel sonucu

Bunu Bolton da bilməmiş deyil. O sırada bölgəni Avropa ilə birləşdirən bütün meqa-layihələr, yeni strateji dəmiryolu və neft-qaz xətləri Rusiyadan yan keçir ki, bu da Azərbaycanı Qərbə daha da yaxınlaşdırıb. Başqa sözlə, satellit Ermənistan Azərbaycan qədər ABŞ üçün əhəmiyyət kəsb edə bilməz.

*****

Yeri gəlmişkən, bu arada Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan ABŞ-ın Ermənistana marağının az olmasından gileylənib. “Yeni Müsavat”ın erməni qaynağına istinadən verdiyi məlumata görə, bu barədə o, Boltonun gözlənilən səfəri haqda danışarkən deyib.

“İrəvan Vaşinqtonla daha sıx əməkdaşlıq qurmağı  planlaşdırır. Praktik olaraq, bizim bütün xarici tərəfdaşlarımızla ən yüksək səviyyədə danışıqlar gedir. Bununla belə, əfsus ki, Amerika tərəfi Ermənistanla təmas planında aktivlik göstərmir. Ümid edirik ki, Amerika-erməni əlaqələri tezliklə intensivləşəcək”, - deyə Paşinyan narazılığını gizlətməyib.

Rusiyaya vaxtaşırı sədaqət andı içən Paşinyanın bu gileyi ilk baxışda qəribə görünə bilər. Amma nəzərə alanda ki, söhbət “iki stul”da oturmaq siyasəti aparmaq istəyən Ermənistanın hazırkı hiyləgər rəhbərliyindən gedir, o zaman təəccüblənməyə dəymir..

John Bolton Azerbaijan ile ilgili görsel sonucu

Bunu tipik erməni siyasi riyakarlığının növbəti parlaq təzahürü də saymaq olar. Çünki Rusiyanın regionda yeganə hərbi qalası, vassalı funksiyasını yerinə yetirib, yeri gələndə hətta Rusiyanın xahişi ilə Suriyaya erməni hərbi kontingenti göndərmək qərarı verib, eyni zamanda Qərbin, ABŞ-ın müttəfiqi olmaq istəyi yalnız məkrli ermənilərin ağlına gələ bilər.

*****

PaÅinyan ile ilgili görsel sonucu

Bu da hamısı deyil. Nikol Paşinyan Boltonun səfəri ərəfəsi ABŞ-a gileyləndiyi gündə İrana ünvanlı və Ağ Evi qıcıqlandıracaq reverans edib - özü də İran məsələsi Con Boltonun səfər proqramında əsas mövzu olduğu vaxtda.

“Yeni Müsavat”ın məlumatına görə, baş nazir əvəzi dünən İrəvanda bəyan edib ki, Ermənistan İranla Avrasiya Birliyi arasında etibarlı iqtisadi-ticari əlaqələrin qurulması üçün mühüm meydança olmağa hazırdır. “Ermənistan Avrasiya İqtisadi Birliyinin yeganə üzvüdür ki, İranla quru əlaqəyə, həmçinin azad ticari zonaya malikdir. Mehri iqtisadi-ticari əlaqələrin inkişafı üçün əlavə stimul yaradır” - Paşinyan vurğulayıb.

Beləcə, Paşinyan hökuməti bir tərəfində ABŞ-ın özünə 3 təhlükədən ikisi saydığı Rusiya və İranı, o biri tərəfində isə ABŞ-ı tutub saxlamaq istəyir, eyni vaxtda onların hər üçünün siyasi və başqa dəstəyinə nail olmağa çalışır. Bu isə canavarın vegeterian olması qədər qeyri-mümkün məsələdir. Bunu iki gün sonra Con Bolton İrəvanda ermənilərə açıq mətnlə anladacaq...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam