Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

SURİYADAKI RUS HƏRBİ KƏŞFİYYATINA YENİ VƏZİFƏ TAPŞIRILIR:bölgədə İranın varlığının qarşısını almaq! - TƏHLİL

Mihnad əl-Həc Əli

“Əl-Modon”, Livan, 25 oktyabr 2018-ci il

 

İki ay bundan öncə, Qərb saytları və qəzetləri “Vaqner” özəl hərbi şirkəti tərəfindən cəlb edilmiş və Rusiya Müdafiə Nazirliyinin nəzarəti altındakı rus muzdluların  fəaliyyətinə nəzarət edən Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) Afrika və Suriyadakı fəaliyyəti haqqında informasiya dərc etmişdi. Bu şirkət Suriya hökumət qüvvələrinin müxalifətə qarşı apardığı hərbi əməliyyatlara quruda dəstək verir.

Yenixeber.org: Rusiya hərbi kəşfiyyatının artan rolunun üstünün açılması Suriya təhlükəsizlik qüvvələrinin və hərbi institutlarının bərpa edilməsində Moskvanın maraqlı olması haqqında bir sıra sızıntıların işığında əlavə əhəmiyyət kəsb edir. Bir tərəfdən, biz Rusiyanın təsirini və dövlət dəstəyi, sabitlik və barış haqqında rəsmi ritorikasını görürük. Digər tərəfdənsə, biz daim İran təsiri və Tehranı Dəməşqdən keçən quru yolu ilə Beyruta, Aralıq dənizinə bağlamaq məqsədilə İranın ərəb paytaxtlarına nəzarət etməsi haqqında çoxsaylı bəyanatlar eşidirik.

Rusiya sakitcə öz işini görüb. Rusiyanın təsiri haqqında yeganə informasiya mənbəyi rusların təsdiq etmədiyi KİV-ə informasiya sızdırılmaları və Qərbin bəyanatları oldu. Hətta bu informasiya sızıntılarının yayılmasının qarşısı alındı. Avqust ayında Mərkəzi Afrika Respublikasında üç rus jurnalisti öldürüldü.

Əgər biz sosial şəbəkələrdən istifadə edərək, İran müdaxiləsi haqqında məqalə hazıqlamağa qərar versək, şiə milislərin sayı, onların silahları və liderləri haqqında məlumat əldə edə, həmçinin “Əl-Qüds” briqadasının komandiri Qasım Süleymaninin hərəkət xətti haqqında informasiya tapa bilərik.

Ancaq informasiya sızıntıları sayəsində biz bilirik ki, Rusiya Suriya ordusu və kəşfiyyatının bərpa olunmasında, həmçinin Suriya hərbi kəşfiyyatının zərbə qüvvəsinə nəzarət edilməsində böyük rol oynayır.

Hərbi kəşfiyyatın vacibliyi əsas hərbi vəzifələri yerinə yetirən xüsusi xidmət orqanlarına nəzarət etməkdən ibarətdir. Rusiyada hərbi kəşfiyyat elitar xüsusi təyinatlı qüvvələrə, həmçinin “Vaqner” kimi qeyri-nizami qüvvələrə nəzarət edir.

Oxşar model Rusiyapərəst “Pələng qüvvələri”nin hərbi kəşfiyyat hissələrinin nəzarətində olduğu Suriyada da yayılır.

Rusiyanın rolu haqqında məlumatlı mənbələr Suriya xüsusi xidmət orqanlarında, o cümldən hərbi xüsusi xidmət orqanlarında yeni elitar qüvvələrin hazırlanması haqqında danışırlar. Onların hazırlanmasına Rusiyanın Suriyaya hərbi müdaxiləsinin əvvəlindən başlayıb.

Rusiya xüsusi xidmət orqanlarının Suriyadakı rolu nəzərə alınarsa, belə hazıqlıq tamamilə normaldır. Digər orqanlarla müqayisədə, xaricdə ən böyük casus şəbəkəsi olan hərbi kəşfiyyat bu gün Rusiyada da ən güclü təhlükəsizlik orqanıdır. Qərb obyektlərinə edilən kiberhücumların böyük hissəsini onun agentləri həyata keçirir.

Bundan əlavə, onlar bu ilin əvvəlində Böyük Britaniyada Sergey Skripala qarşı sui-qəsddə iştirak ediblər. Skripal özü rus hərbi kəşfiyyatının üzvü olub, sonra isə Böyük Britaniyada fəaliyyət göstərən rus casuslarının adlarını açıqlasın deyə, Britaniya kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb edilib.

Rusiyanın Suriya hərbi kəşfiyyatı ilə bağlı marağının altında iki səbəb yatır.

Birincisi, inqilabın həmən ardınca aldığı zərbələrə və yaranan problemlərə baxmayaraq, müharibə dövründə hərbi kəşfiyyat sistemi genişlənib. Bəzi məlumatlara görə, hərbi kəşfiyyatın əyalətlərdə 50, Dəməşqdə isə 28bölməsi var. O, təhlükəsizlik sferasında həssas xarici təhlükəsizlik sahəsini, həmçinin Livanda siyasi təsir üzərində nəzarəti öz üzərinə götürən mərkəzi elementdir.

İkincisi, Suriya dövlətində təhlükəsizlik dörd əsas kəşfiyyat xidməti – hərbi kəşfiyyat, siyasi təhlükəsizlik, hava və ümumi kəşfiyyat xidməti üzərində qurulub. Rejim qüvvələrinin hərbi uğursuzluğu və Mahir Əsədin rəhbərlik etdiyi 4-cü diviziyadan və Respublika Qvardiyasından başqa, digər başlıca hərbi diviziyaların dağılması haqqındakı söhbətlərə baxmayaraq, Suriya təhlükəsizlik sistemi qətllərdə, işgəncələrdə, həmçinin rəqiblərin manipulyasiya edilməsində maksimum effektivlik nümayiş etdirib.

Lakin bütün bunların hamısı keçmişdə qalıb. Bu təşkilatların bugünkü vəzifəsi mərkəzi dövlət hakimiyyətinə dəstək verən xarici milislərin idarə edilməsindən ibarətdir. Onlar mütləq bu milisləri məhv etməli deyillər, lakin qabağını almalıdırlar. Regional səviyyədə vəzifə yalnız İran varlığının qarşısının alınmasından ibarət olacaq. Bu, rusların nəzarət edəcəyi və oynayacağı kart olacaq.

Tərcümə Strateq.az-ındır


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam