Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Sülhlə Qarabağ alınan deyil"

 

“Ermənistan heç bir halda sülh istiqamətində addım atmaq istəmir və atmayacaq da. Moskva isə bu yolda vassalına arxa çıxmağa davam edəcək”.

"Xeberinfo.com":  Məlumata görə, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Asim Mollazadə deyib. O, Qarabağ məsələsinin həlli istiqamətində bu iki ölkənin oyun xarakterli görüşlərinin heç bir nəticə verməyəcəyini bildirib:

“Ermənistanın Rusiyaya arxalanaraq öz müstəqilliyini tamamilə itirmiş bir ərazi və faktiki hərbi forpost olduğu bu dəfə də etiraf olundu. Bunu bir müddət öncəki Moskva görüşü ortaya qoydu. Bu görüşlə danışıqlar prosesinin imitasiyası ilə guya Cənubi Qafqazda sülhü və əminamanlığı yaratmaq mahiyyətini ortaya qoymağa çalışırlar. Ancaq maraqlıdır, bununla kimi aldadırlar. Nalbadyanın Rusiya səfəri vassallığın növbəti təsdiqi idi. Eyni zamanda Qarabağ məsələsinin yubanmasında böyük rol oynayan bu iki tərəfin qeyri-səmimi görüşü o anlama gəlir ki, Ermənistan heç bir halda sülh istiqamətində irəli addım atmaq istəmir və bu cür təhdidlər də Cənubi Qafqazda sülhün inkişafını maneə törədən ən əsas amildir. Bu gün sülhdən imtina edən bir işğalçı ölkə və ona arxa çıxan Moskvanın son zamanlar Qarabağ məsələsinə yönəlik çıxışları və bəyanatları artıq problemin həllində sülh yolunun qeyri-mümkünlüyünü göstərir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam