Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kosova öz ordusunu yaradır - Rusiya buna qarşıdır

    

Kosova öz ordusunu yaradır - Rusiya buna qarşıdır
Müstəqilliyi dünya dövlətlərinin bir qismi tərəfindən tanınan Kosovanın hökuməti təhlükəsizlik qüvvələri bazasında vahid ordunun yaradılması barədə qərar qəbul edib.
Yenixeber.org: Bu barədə “RTK2” telekanalı məlumat yayıb. Qeyd olunur ki, Kosova hökuməti təhlükəsizlik qüvvələrinin Müdafiə Nazirliyi formasında yenidən qurulmasına dair 3 qanun layihəsi qəbul edib. 

Kosovanın baş naziri Ramuş Haradinayın sözlərinə görə, Kosovanın öz ordusunun yaradılmasının zamanı yetişib və bu məsələ ilə bağlı xarici tərəfdaşları ilə məsləhətləşmələr aparılır. O, urğulayıb ki, Kosovanın ordusu NATO standartları üzrə formalaşdırılacaq və müxtəlif etnik qrupların nümayəndələrini özündə birləşdirəcək. 

Kosovanın vahid ordusunun yaradılması Haradinayın seçkiqabağı vədlərindən biri olub və 2017-2021-ci illər üzrə onun hökumət proqramının hədəflərindən biridir. Lakin Kosova prezidenti Haşim Taçi bu məsələ barəsində tələsik və uyğun olmayan bir vaxtda qərar verildiyini bəyan edib. 

BMT Təhlükəsizlik Şurasının 1244 saylı qətnaməsinə rəğmən ABŞ Kosova ordusunun yaradılmasını dəstəkləyir. Lakin Vaşinqtonun fikrincə, bu addım Kosova konstitusiyasına müvafiq dəyişiklik yolu ilə həyata keçirilməlidir. Rusiya isə hesab edir ki, Kosovada vahid ordunun formalaşdırılması onsuz da gərgin olan bölgədə təhlükəli nəticələrə səbəb ola bilər.

Qeyd edək ki, Kosova 2008-ci ildə öz müstəqilliyini elan edib və o vaxtdan etibarən dünyanın 114 ölkəsi Kosovanı müstəqil dövlət kimi tanıyıb. Kosovada yaşayanların təqribən 90 faizi müsəlman albanlardır. Burada həmçinin, serblər, terklər və qaraçılar da yaşayır. Azərbaycan Respublikası Kosovanın müstəqilliyini tanımır. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam