Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Rusiyadan Paşinyana tərs şillə:“Davay, dosvidaniya!”

 

Ruslar Paşinyana tərs ŞİLLƏ VURUR: “Davay, dosvidaniya!”

Ermənistanda Nikol Paşinyan hakimiyyətə gələndən sonra Moskvaya qarşı süngülər qaldırıldı, lakin rusların artıq ermənilərin şıltaqlığı ilə oynamaq fikrində olmadığı müşahidə edilir. Moskva İrəvana deyir: “Davay, dosvidaniya!”.

Yenixeber.org: Rusiyalı şərhçi Sergey Verxovtsevin “kubnews” saytında dərc olunan məqaləsində Ermənistandakı anti-Rusiya əhval-ruhiyyəsinin qaldırılmasına toxunur.


Rusiyalı şərhçi Feysbuk sosial şəbəkəsində ölkəsinin Gümrüdəki 102-ci hərbi bazasının əleyhinə yaradılan səhifəni xatırladıb.

Bu səhifə “Rusiya hərbi bazasının Ermənistanın maraqlarına uyğun olmadığı və ölkədən çıxarılmasının vacibliyini” təbliğ edir.

“Bu nədir? Niyə Ermənistandan birdən Rusiyaya qarşı süngülər qaldırıldı və 102-ci hərbi bazaya qarşı virtual üsyan bayrağı açıldı? Burada bir məsələni aydınlaşdırmaq lazımdır: bu prosesin müəllifi kimdir və bu, kimə əlverişlidir?”, - deyə o yazır.

S. Verxovtsev qeyd edir ki, bunun arxasında Soros Fondunun Ermənistandakı nümayəndəsi Daniyel İonisyan dayanır: “Bu işdə onun əsas köməkçisi baş nazir Paşinyanın birinci köməkçisi Ararat Mirzoyanın keçmiş mətbuat katibi Karpis Paşoyandır. Paşoyan yaxın vaxtlarda “aprelı müharibəsi”ndə ölmüş erməni əsgərlərini təhqir etdiyi üçün işdən çıxarılıb. Göründüyü kimi, prosesin arxasındakı baş Sorosdur və onun tapşırığı ilə rusofob fəaliyyəti aparılır”.

S. Verxovtsev Ermənistanın müdafiə naziri David Tonoyanın Panik kəndində rus hərbiçiləri ilə bağlı baş vermiş qalmaqaldan sonra səsləndirdiyi fikirləri də xatırladıb.

Tonoyan bildirmişdi ki, Ermənistandakı Rusiya hərbi bazası və rus sərhədçiləri ilə bağlı razılaşmanı təkrar gözdən keçirə bilərlər.

“Belə təəssürat formalaşır ki, İrəvanda yeni hökumət Rusiya ilə münasibətlərin bərkidilməsini rəsmi şəkildə dəstəkləyir, lakin hökumətə kənardan rəhbərlik edən şəxslər daxili informasiya sahəsində ciddi anti-Rusiya kampaniyası aparır və bu kampaniya getdikcə daha da genişlənir. Bütün bunlar normal insanlarda ciddi narahatlığa səbəb olur, xüsusilə Paşinyanın qərbə qrantlarınının hesabına maliyyələşən şəxsləri dövlət postlarına gətirməsi fonunda. Əgər belə davam edəcəksə, “Sorosun uşaqları” pul aldıqları yerin tapşırıqlarını yerinə yetirəcəklər və sonda Rusiya qoşunlarının Ermənistandan çıxarılmasına nail olacaqlar. Lakin bundan sonra Ermənistanı kim qoruyacaq, axı heç bir qərb QHT-si bunu bacarmayacaq”, - deyə rusiyalı şərhçi bildirib.



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam