Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Rusiyanın baş qərargah rəisinin ABŞ-a gizli məktubu - Kömək edin...

 

Rusiyanın baş qərargah rəisinin ABŞ-a gizli məktubu - Kömək edin...
Rusiya Silahlı Qüvvələri baş qərargah rəisi Valeri Gerasimov ABŞ Silahlı Qüvvələri baş qərargah rəisləri birləşmiş Komitəsinin sədri, general-mayor Cozef Danforda Suriyada əməkdaşlıqla bağlı gizli məktub göndərib. 
Yenixeber.org: Bu barədə “Reuters” əldə etdiyi xidməti sənədə istinadən məlumat yayıb. Məktubda Gerasimov Suriyanın bərpası üçün ABŞ-dan kömək istəyib və ərəb ölkəsinin dağılmış infrastrukturunun dirçəldilməsi istiqamətdə birgə əməkdaşlıq təklif edib. 

Qeyd olunub ki, məktub ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin Sinqapur görüşündən 3 gün sonra göndərilib. “Məktubda qeyd olunur ki, geri qayıdan qaçqınların qəbulu üçün Suriyadakı rejimə ölkənin bərpası işini həyata keçirməkdə texniki avadanlıqlar, yanacaq, həmçinin digər material və vasitələr çatışmır.” – deyə “Reuters” yazır. 

Lakin agentlik bildirir ki, Rusiyanın təklifini Amerika tərəfi olduqca soyuq qarşılayıb. Belə ki, Vaşinqton yalnız BMT nəzarəti altında müstəqil seçkilərin keçirilməsi də daxil olmaqla, Suriya münaqişəsinin siyasi yolla həll ediləcəyi təqdirdə Rusiyanın bu təşəbbüsünü dəstəkləyəcək və təklifini dəyərləndirəcək. 

Xatırladaq ki, Trampla Putinin çoxtərəfli beynəlxalq forumlar çərçivəsindən kənar keçirdikləri ilk təkbətək görüşü 16 iyulda Helsinkidə baş tutub. Danışıqların əsas mövzuları ABŞ-Rusiya münasibətlərinin hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi məsələsi, həmçinin beynəlxalq gündəliyin aktual məsələləri – Suriya və Ukrayna münaqişələri olub. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam