Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Rusiyalı erməni politoloq:“Nikol Paşinyan Qərbin agentidir, yoxsa siyasi naşı?” – Təhlil

Gevorq Mirzayan, RF hökuməti yanında Maliyyə Universiteti politologiya departamentinin dosenti

expert.ru, 07.08.2018

 

Yenixeber.org: Rusiya-Ermənistan münasibətləri, yəqin ki, son illərdə ən qeyri-müəyyən bir dövr yaşayır. Hər şeyin günahkarı yeni baş nazir Nikol Paşinyanın siyasətidir. O, sadəcə, korrupsiya ilə mübarizə və Ermənistanı iqtisadi çuxurdan çıxaran sistemili iqtisadi islahatlar aparsaydı, Moskvada lap məmnun olardılar. Amma onun indiki populist xətti təkcə Rusiyanın maraqlarına zidd getmir, həm də hansısa məsələlərdə birbaşa antirusiya fitnəkarlığıdır. KTMT-nin fəaliyyətdə olan başçısı Yuri Xaçaturova qarşı iş də məhz bu fitnəkarlığa çevrilib. Məsələ yalnız bundadır ki, o bunu niyə edir?

Ermənistanda inandırırlar ki, bu, ölkənin daxili işidir və heç kim KTMT-nin status və nüfuzunu sarsıtmağa hazırlaşmır. Amma o zaman ətraflı düşünərək səliqəli hərəkət etməkdə Paşinyana kim mane olurdu: mövcud prosedurlar çərçivəsində Yuri Xaçaturovu KTMT baş katibi postundan geri çağırmaq, artıq sonra isə ona ittiham elan etmək. Amma xeyr, bunun əvəzinə, fəaliyyətdə olan baş katib İrəvana çağırılıb, həbs edilib, sonra isə “girov əvəzində” hansısa müddətə azadlığa buraxılıb.

 

Agent?

 

Əslində, Paşinyanın davranışını izah etməyə səy göstərən ekspertlər iki qrupa bölünüb. Bəziləri inandırırlar ki, Nikol Paşinyanın (Qərbin əlaltısı kimi) Rusiyanın inteqrasiya stukturlarına düşünülmüş zərbəsi göz qabağındadır. Özü də zərbə, bir növ, testdir – daxili-siyasi mübarizəylə maskalanıb və ziyan vurmaqdan daha çox Rusiyanın mövqeyini zondaj etmək üçündür.

Bu baxışa əsasən, bu zərbə üçün motiv ikidir – xarici və siyasi. Xarici motiv – xarici dostların birbaşa göstərişləridir. Heç kimə sirr deyil ki, Nikol Paşinyan radikal müxalif olarkən Qərbyönlü siyasətçiydi, Avrasiya birliyinə girməyə qarşı çıxış edirdi və böyük ehtimalla Vaşinqton və Brüssel “obkomları” (rusca: sovet dövründə “vilayət partiya komitəsi”-red.) ilə xüsusi münasibəti var idi. Paşinyan komandasının bir sıra üzvləri rusxoflu və “Xoşbəxt Qərb bizə əl uzadar” dininin tərəfdarı olmaqla Rusiyaya mənfi yanaşırlar. Və Paşinyan Parisi fəth etməyin xatirinə messa (katoliklərdə ibadət növü-red.) etməli və xarici siyasət baxışlarını dəyişməli olmasa da, Qərbə işləməyi davam etdirir. Təbii, rusxoflu nazirlər təyin edərək, habelə xırda fitnəkarlıqlarla Moskvanın mövqeyini zondlayaraq hələlik ehtiyatlı davranır.

Bu baxış nöqtəsinə əsasən, daxili motiv isə cəmiyyətin önəmli qisminin Rusiyadan hədsiz asılılıqdan, Moskva Ermənistanın maraqlarını Rusiyanınkından aşağı qoymağı özünə rəva bilərkən, amma, bax, ermənilər isə öz maraqlarını irəli sürmək haqqına malik olmadıqları Rusiya-Ermənistan münsibətlərindəki disparitetdən narazılığıdır. Bu asılılıq obyektivdir, hətta hansısa dərəcədə alternativsizdir (daha heç kim ölkəni Azərbaycan və Türkiyədən qorumağa hazır deyil), amma bu, rəsmi təbliğatı əzəmətli və böyük erməni tarixi ətrafında qurulmuş ölkənin sakinlərinə ağır gəlir. Əslində, Paşinyan üçün “filə hürmək” reytinq yığmağın elementlərindən biridir. O öz müstəqilliyini hamıya (həm rusiyalılara, həm də ermənilərə) sərgiləməkdən yana tam qəsdən qalmaqal təşkil edə bilərdi. Göstərərdi ki, Rusiyanın simasındansa cinayətkarlıqla mübarizə daha mühümdür.

 

Düşünməyib?

 

Başqa ekspetlər isə baş verənləri həqiqətən Ermənistandaxili, indiki komandanın qeyri-peşəkarlığı üzündən talaşaları hər tərəfə, o cümldən KTMT-yə sarı uçuşan meşədoğrama saymağa meyllidirlər.

Paşinyan hakimiyyətinin özəlliyini anlamaq lazımdır. Onun partiyası heç bir seçkidə qalib gəlməyib. Paşinyanın bütün legitimliyi (bunu belə adlandırmaq olarsa) parlamentdəki səsverməyə əsaslanır – ona səsi şantaj, birbaşa hədə və onunla oliqarxlar arasında pərdəarxası razılaşmalarla yığıblar. Və Paşinyan hələlik erkən seçkiləri udana qədər (daha dəqiqi, udsa) əsaslanacaq. Çox ehtimal ki, seçkilər yalnız gələn il keçiriləcək. Buna görə də baş nazir indi ölkənin taleyi və sistemli islahatlardan daha çox öz hakimiyyətinin saxlanması və möhkəmləndirilməsilə məşğuldur. Bu da tamamilə məntiqlidir, axı hakimiyyət şaquluna tam nəzarət etmədən heç bir struktur islahatları haqda söhbət də ola bilməz (məsələn, Trampın vəziyyətinə baxın). Cənab Paşinyan məhz buna görə cadugər ovlayır, axı bunun sayəsində a) kütləvi şəkildə cücərmiş sistemli korrupsiyadan yorulan əhalinin ümidlərini təmin edir və b) siyasi rəqiblərini növbəti cücərti ola biləcəkləriylə qorxudur. Effektli qorxutmaq üçün isə məhz adi həyatda toxunulmaz sayılanlara, yəni keçmiş prezident Robert Köçəryan və KTMT-nin fəaliyyətdəki başçısı Yuri Xaçaturova qarşı iş lazımdır.

 

Hələlik sözdə

 

Çox ehtimal ki, hər halda, iki versiyadan ikincisi, “talaşalar” haqqındakı doğrudur. Paşinyanın komandası klassik populist zəmində hərəkət edir və qeyri-peşəkarlardan toplanıb – buna görə də belə qəbahətlər edir. Lakin anlamaq bağışlamaq demək deyil – Moskva Ermənistanın maraq və suverenliyinə hörmət edir, amma Paşinyanı inteqrasiyalı qab dükanında olduğunu xatırlamağa çağırır. Və təkcə tərəfdaşların mövqeyini nəzərə almamalı, həm də bunu müəyyən ümumi maraq və ehtiyaclara tabe etməlidir (bütün inteqrasiya strukturları eynilə bu cür işləyir). Məsələn, özünün cadugər ovuna görə KTMT-i zərbə altında qoymur.

Hələlik Rusiya ancaq sözlə çağırış edir. XİN başçısı Sergey Lavrov“Ermənistanda baş verənlərin bizi Ermənistanın MDB məkanında qatıldığı təşkilatların da normal işləmək vəzifəsi baxımından narahat edə bilməyəcəyi” haqda bəyanatla kifayətlənib. Bu, rus dilinə tərcümədə cadugər ovunu dayandırmaq və bundan sonra Ermənistandaxili talaşaların Rusiya maraqlarına toxunmasına yol verməməyə çağırışdır. Bəli, Rusiyada bəzi ekspertlər sözdə dayanmamağa, KTMT-i alçaltmağa görə  İrəvanı cəzalandırmağa çağırırlar. Məsələn, krediti dondurmaq, yaxud Ermənistanı sadəcə təşkilatda sədrlikdən məhrum etməyə (İrəvan bir erməni baş katibi sadəcə başqasıyla əvəzləmək istəyir, halbuki daha bir variant sədrliyi, sadəcə, növbədəki Belarusa verməkdir). Problem yalnız bundadır ki, İrəvana açıq cavab zərbəsi Rusiyanın milli maraqlarına cavab vermir, çünki Paşinyan (hansı ki klassik populist xətt aparır) sadəcə elə-belə “qurulana bilməz” və cavab verməyə məcbur olacaq. Bu isə artıq nə Moskvaya, nə də İrəvana lazım olan Rusiya-Ermənistan münaqişəsinin eskalasiyasıdır.

Durum məhz buna görə qeyri-rəsmi söhbətlər səviyyəsində, xarici işlər nazirlərinin xətti üzrə qapalı danışıqlarla həll olunmalıdır. Və sadəcə tənzimlənməməlidir – Paşinyana talaşaların uçub keçə biləcəyi qırmızı xətləri bir daha göstərməklə. Amma, bax, bir daha keçərsə, onda Moskva daha sərt reaksiya verməli olacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam