Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Putinin “ürəyinə” yol axtarır – Kremlə “ata” biləcəkmi?

 

Erməni baş nazir həm Rusiya rəhbərliyinə qarşı güclü immunitet yaratmağa çalışır, həm də “məxməri inqilabın meyvələrini” heç kimlə bölüşmək istəmir; Paşinyan yenə Moskvanın “quyruğunu” tapdadı – cavab nə olacaq?.. 

Yenixeber.org: Ermənistan prezidenti Nikol Paşinyanın ikinci Rusiya səfəri başa çatıb. Arvadı Anna Akopyanla etdiyi işgüzar səfər çərçivəsində (adətən ölkə rəhbərləri öz xanımları ilə yalnız rəsmi səfərlərə birgə çıxırlar) dünən onun Rusiya baş naziri Dmitri Medvedyev və prezident Vladimir Pitinlə görüşləri gözlənilirdi. 

Budəfəki səfər İrəvan-Moskva münasibətlərinin daha qəliz dövrünə təsadüf edib. Söhbət təkcə Paşinyan və onun qərbçi komandasının altdan-altdan Avropaya kurs götürməsindən getmir. Həm də Ermənistanda tədricən “Rusiya izlərini” yox eləmək siyasətindən gedir. Lakin bu haqda bir qədər sonra.           

*****

Bu arada Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə “yol tapmaq” istədiyi haqda məlumat yayılıb. Hər halda, İrəvanda nəşr olunan “Qraparak” qəzetində getmiş məqalədən belə qənaət hasil olur. “Yeni Müsavat” xəbər verir ki, məqalədə az öncə Paşinyanla sabiq prezident Levon Ter-Petrosyan arasında İrəvanda baş tutmuş görüşlə bağlı bəzi detalların üzə çıxdığı bildirilir.

“Ter-Petrosyan-Paşinyan görüşünün bəzi təfərrüatları bəlli olub. Belə ki, Ermənistanın birinci prezidenti baş nazirdən xahiş edib ki, qarşıdakı parlament seçkilərində ”Erməni Milli Konqresi"ni (rəhbəri eks-prezident Levon Ter-Petrosyandır - “YM”) dəstəkləsin. Əvəzində isə o, Paşinyana Moskva ilə münasibətləri düzəltməyi vəd edib. Paşinyan buna razılaşıb", - deyə nəşr qeyd edib.

putin paÅinyan ile ilgili görsel sonucu

Lakin qəzet ardınca belə bir maraqlı nüansı da qeyd edir: “Hərçənd bəzi məlumatlı şəxslər iddia edir ki, Paşinyan son anda yenə Ter-Petrosyana ”atacaq" - necə ki, vaxtilə atmışdı və necə ki, indi də “Yelk” (“Çıxış” - parlamentdə Nikol Paşinayanın başçılıq elədiyi fraksiya - “YM”) İrəvan Ağsaqqallar Şurasının seçkilərində ona atır. Bununla da təbii ki, gözlənilən parlament seçkilərində özünün “Vətəndaş müqaviləsi” Partiyasını şəriksiz iştirakçıya çevirmək istəyir" (xatırladaq ki, N. Paşinyan vaxtilə “Erməni Mili Konqresi”nin üzvü və Ter-Petrosyana yaxın şəxs olub).

*****

Nikol Paşinyana qarşı Moskvanın soyuq münasibətdə olduğu sirr deyil. Özüdə bu münasibət getdikcə daha da pisləşir. Rusiya KİV-lərində erməni baş nazir və onun “qərbçi” komandası haqda davam edən tənqidi yazılar bu qənaəti möhkəmlətməkdədir. Şübhəsiz ki, N.Paşinyan vəziyyətdən ciddi şəkildə narahatdır və Putinin etimadını qazanmaq üçün çıxış yolu axtarır.

putin paÅinyan ile ilgili görsel sonucu

Hədəf isə vasitəni doğruldur. Yəni Ter-Petrosyan bu iş üçün yararlı olarsa, istifadə oluna bilər. Paşinyanın Rusiya səfəri öncəsi “Exo Moskvı” radiosuna verdiyi və büsbütün Kremlə, Putinə tərif, yaltaqlıq ruhunda müsahibəsi də öncəliklə buna hesablanmışdı.

Ancaq Paşinyan Putinin ürəyinə yol axtarmaqla bərabər, şəriksiz rəhbəri olduğu məxməri inqilabın “meyvələrini” də kiminləsə bölüşməyə hazırlaşmır. Bunu yəqin ki, istəməz. Ən azından, hələ ki bölüşmək istəməz, çünki qarşıdan seçkilər gəlir və indilikdə ictimai etimadı o, tam xərcləyib qurtarmayıb, ölkə daxilində bəzi populist addımlarını, qalmaqallı həbsləri davam etdirir. Təbii ki, kütlənin ona inamı kritik həddən aşağı düşən kimi Paşinyan özünün siyasi uğursuzluqlarına şərik axtaracaq.

Ter-Petrosyan ile ilgili görsel sonucu

Hərçənd Ter-Petrosyanı da ağılsız siyasətçi hesab eləmək olmaz. O, Paşinyandan yəqin ki, yazılı vəd və ya publik dəstək bəyanatı istəyəcək. Ona görə ki, “Qraparak”ın da işarə vurduğu kimi, Paşinyan artıq “ipinə odun yığılası” siyasətçi olmadığını, öz maraqları naminə istənilən siyasətçiyə “ata biləcəyini” dəfələrlə büruzə verib.

Ancaq keçmiş KQB zabiti Vladimir Putin - başqa. Ona “atmaq” üçün erməni siyasətçilərin gərək 2 başı olsun. Bunun qəliz məsələ olduğunu, deyəsən, Paşinyanın özü də anlayıb. Onun “Exo Moskvı”ya müsahibəsində dediyi “Putini görüşdən öncə başqa cür təsəvvür edirdim” sözləri dolayısıyla son qənaətin təsdiqi sayıla bilər. Böyük ehtimalla, ikinci Rusiya səfərindən sonra Paşinyan Putinə bir az da yaxşı bələd olacaq.

*****

köçÉryan ile ilgili görsel sonucu

Maraqlıdır ki, Nikol Paşinyan Rusiyada ikən Ermənistanın digər eks-prezidenti - Robert Köçəryan İrəvanda 10 dinc nümayişçinin güllələnməsi ilə bitən 1 mart 2008-ci il qanlı hadisələri ilə bağlı istintaqa ifadə verib. Dünən onun toxunulmazlığının ləğvi və həbsi gözlənilirdi. Bundan əlavə, Ermənistanın Xüsusi İstintaq Xidməti “Rus NATO-su” kimi tanınan KTMT-nin hazırkı baş katibi, Rusiyanın adamlarından sayılan general Yuri Xaçaturova qarşı da Köçəryan kimi eyni ittiham - konstitusion quruluşu zorla dəyişmək ittihamı irəli sürüb və həbsi üçün vəsatət qaldırıb. 

Rusiyada biznesi olan Köçəryan isə Kremlə azsaylı sadiq siyasi şəxslərdən biri, Kremlin fors-major vəziyyətdə Ermənistanda hakimiyyətə qaytara biləcəyi “ehtiyat adamı” sayılır. Bundan əlavə, Xocalı hərbi canisi Köçəryan vaxtilə Xankəndindəki 366-cı Rusiya alayını da Xocalı soyqırımında iştirakçı edə bilib - yəni kompromat məsələsi.

Demək, onun həbsi faktiki surətdə Rusiyaya qarşı da de-marş demək olacaq və Paşinyana Rusiyanın münasibətini daha da mürəkkəbləşdirəcək. Məhkəmə həbslə bitməsə belə, prosesin özü Moskvanın “quyruğunu” tapdamaq anlamına gəlir. Çünki N.Paşinyanın Ermənistanda rusiyameylli siyasət adamlarının, generalların “ovuna” çıxdığı, onları vəzifələrdən uzaqlaşdırdığı və bu yolla öz hakimiyyətinə Moskva əleyhinə güclü siyasi və təhlükəsizlik immuniteti qazanmaq istədiyi faktdır.

P.S. Yazı hazırlanarkən R.Köçəryanla bağlı məhkəmə qərarı elan olunmamışdı.(müsavat)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam