Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

PAŞİNYAN QARABAĞLA BAĞLI MÖVQEYİNİ AÇIQLADI –“Bu ki, cəfəngiyyatdır…”

 

bf0a7430ce9059a83e8c39c593d6a238Ermənistan müxalifətinin lideri və potensial baş nazir Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini açıqlayıb.

Yenixeber.org: Ermənistan KİV-nə istinadən xəbərə görə siyasətçi Azərbaycanın işğal altındakı torpaqlarında yaradılmış separatçı qurumu dəstəklədiyini deyib.

“Biz Dağlıq Qarabağı tam dəstəkləyirik. Baş nazir seçilsəm, ilk işim operativ situasiya ilə tanış olmaq üçün Qarabağ səfər etmək olacaq. Bizim əsas hədəfimiz ordumuzun döyüş qabiliyyətinin artırılması olacaq”- deyə “məxməri inqilab”ın lideri açıqlama verib.

N.Paşinyan deyib ki, Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır.

“Siz bilirsiniz ki, Azərbaycan çox illər ərzində özünü çox aqressiv aparır və bu hal danışıq üçün mənfi fon yaradır. Biz hər gün Azərbaycandan eşidəndə ki, “Ermənistana qarşı müharibəyə başlamağa hazırlaşırıq, Yerevanı zəbt etməyə hazırlaşırıq” – belə olan halda əməli dialoq mükündürmü?

İndi elə təsəvvür yaranır ki, Azərbaycanın məqsədi Ermənistanın və Dağlıq Qarabağın kapitulyasiyasıdır. Bu ki cəfəngiyyatdır, bu ki qeyri-konstruktivdir. Və mən düşünürəm ki, ilk növbədə dialoq, danışıqlar üçün müvafiq atmosfer yaratmaq lazımdır. Biz hesab edirik ki, bunu mütləq etmək lazımdır. Həm Ermənistan, həm, ümumiyyətlə, dünya birliyi bununla bağlı müəyyən nəticələr çıxarmalıdırlar”.

“Məxməri inqilab”ın liderinin sözlərinə görə, Ermənistan həmişə dialoqa meyilli olub və həmişə Ermənistanın hər bir hakimiyyəti hesab edib ki, Dağlıq Qarabağ məsələsi dialoq vasitəsilə həll olunmalıdır:

“Biz kiminsə bu məsələni güc tətbiqiylə çözmək qərarında olduğu qənaətinə gəlməyə əsas verən ritorikanı istisna etməliyik.

Belə şey olmamalıdır. XXI əsrdir, biz mədəni ölkələrik, hər halda Ermənistan… Ümidvaram, siz bunu son 20 ildə görmüsünüz.

Lakin bu, o demək deyil ki, mədənilik zəiflik kimi yozulmalıdır. Azərbaycan tərəfindən Dağlıq Qarabağda hər hansı təxribat törədilsə, biz bütün daxili siyasi problemlərimizi bir yana qoyub, yalnız vətənimizin müdafiəsi ilə məşğul olarıq”.

Xatırladaq ki, Ermənistanın yeni baş naziri sabah – mayın 1-də parlamentin xüsusi iclasında seçiləcək. Paşinyan baş nazir postuna yeganə namizəddir.(modern)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam