Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Deputat:"Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur"

Deputat:

 

Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq və fəaliyyət göstərmək imkanı yoxdur

Yenixeber.org :Bunu  Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, "Pew Research Center" Tədqiqat Mərkəzinin apardığı sorğu zamanı Ermənistanın Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunması ilə bağlı gəlinən nəticəni real saymaq olar: "Əslində, Ermənistan monoetnik ölkədir. Ermənistanda heç bir millətin nümayəndəsinin normal yaşamaq imkanı yoxdur. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri əməllər də bunun bariz nümunəsidir".

Deputat qeyd edib ki, Ermənistanda tarixi bir antisemitizm var və bu, ermənilərin bütün millətlərə və dinlərə olan nifrətini əks etdirir: "Buna görə də araşdırmaların nəticəsi realdır. Beynəlxalq ictimaiyyət Ermənistanın siyasətinə qiymət verərkən bunu nəzərə almalıdır".

Xatırladaq ki, "Pew Research Center" Tədqiqat Mərkəzinin Mərkəzi və Şərqi Avropanın 18 ölkəsində bir il ərzində apardığı sosial sorğunun nəticələrinə görə, Ermənistan Mərkəzi və Şərqi Avropa dövlətləri arasında yəhudilərə münasibətdə ən qeyri-tolerant ölkə hesab olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam